"Azərbaycanda idman uğurla inkişaf edir"- Rauf Cəbiyev.
Azərbaycanda idman uğurla inkişaf edir
Bu gün Azərbaycanda uğurlu idman siyasəti həyata keçirilir. Məhz bunun nəticəsidir ki , ölkəmizdə idmanın hər sahəsi inkişaf edir. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bunun başlıca səbəbi ölkənin Prezidenti Ali Baş Komandan İlham Əliyevin idmançılara və idmana göstərdiyi qayğı və diqqətdir. Bu qayğının gənclərimizə verdiyi müsbət enerji və qələbə ruhu onları idmana və dolayısıyla yeni uğurlara sövq edir.
Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu da 7 dəfə Azərbaycan bayrağını arenada ən yüksək yerdə dalğalandırmaq deməkdir.
Bu qələbədə bir çox uğurlu strateji qərarların və qələbə ruhunun da danılmaz rolu var.
Yarışdan bir müddət öncə Güləş Federasiyasında özbaşınalıqların və uğursuz verilən qərarların olduğunu görən cənab İlham Əliyev idarəetmədə ciddi dəyişikliklər edərək , gələcək uğurlara imza atmış oldu.
Digər bir məsələ olan , qələbə ruhunun da səbəbkarı Ali Baş Komandan İlham Əliyev olmuşdur. 44 günlük Vətən Müharibəsində qazanılan uğurların uşaqdan böyüyə hər kəsdə ruh yüksəkliyi yaratdığını və bu uğurların müəllifinin cənab Prezident olduğunu nəzərə aldıqda , əminliklə bu ölkədə qazanılan hər bir uğurda onun imzasının olduğunu deyə bilərik.
Bu amillər və səbəblər ölkəmizdə idmanın inkişafına təkan vermişdir. Günümüzdə Azərbaycanda idmanın hər sahəsində gedən inkişaf və çiçəklənmə göz önündədir.
Bütün bu qələbələrə sevinən bir azərbaycanlı olaraq, inkişafın davamlı olacağına ümid edirəm. Hətta , buna əminəm.
YAP Masallı Rayon Təşkilatının Kolatan ərazi Təşkilatı sədri Rauf Cəbiyev.
Şərhlər: 0
Şərh yaz