Azinfo » Bloq » Köşə yazıları » Azərbaycan dilinin inkşafında Heydər Əliyevin müstəsna rolu.

Azərbaycan dilinin inkşafında Heydər Əliyevin müstəsna rolu.

Tarix : 02-08-2022   /   Bloq / Köşə yazıları  


Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığını,millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir,millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.Bununla  kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi. Azərbaycan dilinin inkişafında xidmətləri ilə Heydər Əliyev özü həmişə nümunə olmuşdur. Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunub-mühafizə olunmasında müstəsna xidmətləri olmuşdur Ümummilli Liderin başladığı və bu gün də dil sahəsində dövlətin aparıcı siyasətini təşkil edən kursun düzgünlüyünü təsdiq edir. Azərbaycan dilinin inkişaf etdirilməsində, qiymətləndirilməsində Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.Heydər Əliyev bütün rəsmi yığıncaqlarda, tədbirlərdə rəhbər şəxslərin rus dilində çıxış etməsinin ənənəyə çevrildiyi bir vaxtda - 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda öz ana dilində çıxış etmişdir. Həmin çıxış o dərəcədə ictimai əhəmiyyət kəsb edirdi ki, Azərbaycan dilində etdiyi uğurlu çıxışa görə hətta onu təbrik edənlər olurdu.70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdir.Ulu Öndər Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilinin tarixində, bütövlükdə xalqımızın yaddaşında dərin iz qoyacaq tarixi təşəbbüslə çıxış etmişdir. Beləki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində mövcud problemlər də geniş təhlil edilmiş, onların həlli yolları göstərilmişdir. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşması ulu öndər Heydər Əliyevin dilimizin inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummilli liderin 2001-ci il 9 avqustda imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi geniş qeyd edilir.Ulu Öndər Heydər Əliyevin dediyi kimi ““Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. 

Masallı rayon Heydər Əliyev mərkəzinin əməkdaşı Həsənova Lətifə

Şərhlər: 0

Şərh yaz