Azinfo » Bloq » Köşə yazıları » Qalib Sərkərdə-Ali baş komandan.

Qalib Sərkərdə-Ali baş komandan.

Tarix : 14-10-2022   /   Bloq / Köşə yazıları  

                                 

 

        Hər bir xalqın taleyində mühüm əhəmiyyət kəsb edən günlər olur. Məhz belə  günlərdə xalqın gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulur.


Azərbaycan xalqının belə mühüm günlərindən biri oktyabrın 15-nə təsadüf edir.


2003-cü il oktyabrın 15- də İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə ,əslində, Ulu Öndərə olan  sevgini və inamı bir daha sübut etmişdir. Çünki Ulu Öndərimiz bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış  və özü də xalqa dayaq durmuşdur . Uzaqgörən siyasəti ilə  Azərbaycan müstəqilliyinin təməlini qoymuşdur. Xalqımız İlham Əliyevi Prezident  seçərkən də  onun atası kimi tarixi iz qoyacağına əmin idi. Bəli,xalq öz seçimi ilə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın , quruculuğun və sabitliyin tərəfində olduğunu göstərmişdir.


Prezident İlham Əliyev vəzifəsinin ilk günlərindən başlayaraq göstərdiyi yüksək idarəçilik məharəti, qətiyyəti, milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini vermişdir. Öz fəaliyyətini yalnız Azərbaycanın inkişafına, tərəqqisinə yönətməklə xalqımızda bunun davamlı olacağına əminlik yaratmışdır.


Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməlində  Azərbaycan dövlətinin milli maraqları və Azərbaycan vətəndaşı dayanır. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrilmişdir. Məhz buna görə də 2008-cİ,   2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində İlham Əliyev yenidən inamlı qələbə qazanmışdır.


Bu gün biz görürük ki, Prezident İlham Əliyev xalq verdiyi bütün vədləri yerinə yetirmişdir. Rəhbərlik etdiyi bütün bu illər ərzində ölkəmizin bütün sahələrinin sürətli inkişafı , siyasi , iqtisadi imkanların genişlənməsi, ölkəmizin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi , insanların rifahının daha da yaxşılaşması, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzün bərpa edilməsi- bütün bunlar məhz onun uğurlu siyasətinin nəticəsidir. Bəli, bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə,milli - mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Bütün istiqamətlərdə qazanılan uğurların , əldə edilən nailiyyətlərin bir hədəfi var idi- işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağının dalğalanması. 2020- ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatmışdır. Bu Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, dövlətimizin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin şah əsəridir desək yanılmarıq. İlham Əliyev siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını özündə birləşdirən nadir şəxsiyyətlərdəndir. 


Belə bir deyim var" Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir". Böyük qürur və fəxarət hissi ilə dəyə bilərəm ki,möhtərəm Prezident İlham Əliyev xoşbəxt dövlət rəhbəridir.Ona görə  ki,O hər zaman xalqını,vətənini düşünmüşdür, xalqının müstəqilliyi , möhkəmləndirilməsi və həmvətənlərinin rifahı üçün çalışmışdır.


Ali Baş Kamandan Prezident İlham Əliyevin hər zaman bir amalı olmuşdur   “Azarbaycan dövlətini daha da qüdrətli, Azərbaycan xalqını daha da güclü görmək , Azərbaycan bayrağını daha uca zirvəlardə dağalandırmaq" !

 

C.Cabbarli adına Ərkivan qəsəbə 1 sayli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həşimova Aygül.

 

Şərhlər: 0

Şərh yaz