Azinfo » Bloq » Köşə yazıları » Azərbaycan-Türkiyə qardaşlığı,dostluğu

Azərbaycan-Türkiyə qardaşlığı,dostluğu

Tarix : 08-12-2022   /   Bloq / Köşə yazıları  

Bu gün də davam edən Azərbaycan-Türkiyə qardaşlığ, dostluğu tarixi köklərlə bir-birinə sıx bağlıdır.Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sışəkildə bir araya gəlməsini bu gün şərtləndirəən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.. Azərbaycanın dövlət başçısı cənab prezident İlham Əliyevin dediyi kimi Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımıüçüəsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir.Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və əmin-amanlıq o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə oldular. Vətən müharibəsindən sonra Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxış etmələri, 2021-ci ildə də Zəfər paradında iki ölkənin dövlət başçılarının birlikdə olması qardaşlığın rəmzi, birliyin təntənəsi idi. Tarixi Şuşa Bəyannaməsindən sonra rəsmən strateji müttəfiqlik zirvəsinə ucalan Türkiyə və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində və.s Artıq hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilib.Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizin daha da gücləndiyini strateji müttəfiqlik səviyyəsinə çatdığını göstərir. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurulub. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatmışdır.Şuşa Bəyannaməsində həm də müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub. 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı da məhz bu istiqamətdə müasir texnologiyaların birgə tətqiq və tətbiq edilməsinin gələcək nəsillərə aşılanması məqsədi daşıyır desək yanılmarıq. Əlbəttə ki, iki dövlət arasında aparılan bu siyasət bütün bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsi məqsədi daşıyır.

Masallı rayon Musaküçə kənd sakini Lətifə Həsənova

Şərhlər: 0

Şərh yaz