Azinfo » Bloq » Köşə yazıları » Müharibə dövründə xalqın birliyi və gücü.

Müharibə dövründə xalqın birliyi və gücü.

Tarix : 09-12-2022   /   Bloq / Köşə yazıları  

        

 

 

Xalqımızın indiki nəslini sözün əsl mənasında xoşbəxt nəsil kimi səciyyələndirə bilərik. Son illərdə biz tarixi hadisələrə şahidlik edirik. Bu hadisələrin ən mühümü, heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun qazandığı şanlı Qələbədir. Postmüharibə dövründə isə Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Özü də sırf öz gücünə, kənardan heç bir kömək, yardım gözləmədən. Sual yaranır: Bəs miqyasına görə kifayət qədər geniş olan bütün bu işləri görmək üçün Azərbaycanın enerji mənbəyi, hərəkətverici qüvvəsi nədədir? Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında bu sualın cavabını verib. “İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir”.


Prezident İlham Əliyev Azərbaycanın uğurlarının təməlində dayanan əsas məqamdan- xalqın iradəsindən və birliyindən söhbət açarkən ölkəmizin reallıqlarına istinad edir. Həqiqətən də, müstəqillik yolunda inamlı addımlar atan Azərbaycanın nümunəsi fərqlidir. Müqayisələr apardıqda, görürük ki, respublikamızda müşahidə edilən sarsılmaz, illərin sınağından çıxan və getdikcə daha da möhkəmlənən Xalq-Lider vəhdətinə dünyanın heç bir yerində rast gəlinmir.


İlk növbədə, ölkəmizdə siyasi kursun varisliyinin təmin olunmasına diqqət çəkək. Biz dünyanın müxtəlif ölkələrində siyasi kursun tez-tez dəyişməsinin fəsadlara, sosial-iqtisadi problemlərə yol açdığının çox şahidi olmuşuq. Azərbaycanda isə müstəqilliyimizin ilk illəri istisna olmaqla, belə təzadlı hallar qətiyyən yaşanmır. Ölkəmizdə Lider-Xalq vəhdətinin təməlini ulu öndər Heydər Əliyev qouyb. Heydər Əliyev dünyada nadir siyasətçilərdən idi ki, iqtidarın uğurlarının sevincini daim xalqla bölüşür və taleyüklü məqamlarda da köməyi, dəstəyi məhz xalqdan gözləyirdi. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyev ilk dəfə xalqın inamını qazanaraq Prezident seçildikdən sonra dövlət başçısı vəzifəsinin icrasına başlayanda Ulu Öndərin siyasi kursunu davam etdirəcəyinə and içdi. Ötən 18 ildə Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin öz vədinə, andına sadiq qaldığını müşahidə edir. Məhz bu yol, siyasi varisliyin təmin olunması müstəqil Azərbaycanı daim uğurlara daşıyır. Yenə də müqayisə aparaq. Bir sıra hallarda liderlərlə sıravi vətəndaşlar arasında keçilməz baryerlərin yaradıldığının, dövlətlərin öz siyasətlərini sırf nəzəri yanaşmalar əsasında qurduğunun şahidi oluruq. Yəni dövlət idarəçiliyi ilə bağlı ayrı-ayrı institutların, beyin mərkəzlərinin hazırladıqları, əsaslandırdıqları nəzəriyyələr var və həmin nəzəriyyələrə də tam şəkildə əməl olunur. Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik fəlsəfəsinin əsasında isə xalqa güvən amili dayanır. Dövlət başçısı Azərbaycanın milli maraqlarının təmin edilməsini, ölkədə vətəndaş məmnunluğunun artırılmasını hədəfləyən məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan geosiyasi baxımdan müxtəlif güclərin maraqlarının heç də hər zaman üst-üstə   düşmədiyi bir coğrafiyada yerləşir. Qonşuluqda ölkəmizə qarşı düşmən mövqeyi sərgiləyən işğalçı Ermənistan var. 

 

Belə bir şəraitdə dövlət başçısının Özünün də dəfələrlə ifadə etdiyi kimi, inandığı, güvəndiyi yeganə qüvvə xalqdır. Cəmiyyətdən gələn sosial sifarişlər Prezident İlham Əliyevin fəaliyyətinin əsas kredosunu təşkil edir. Biz dünyanın hansı ölkəsinin liderinin tribunalardan açıq şəkildə özünün və tabeçiliyində olan məmurların xalqın xidmətçisi olduqlarını açıq mətnlə ifadə etdiyinin şahidi olmuşuq.

 Yoxdur belə bir nümunə. Prezident İlham Əliyev isə bu qəbildən olan etirafları tez-tez cəsarətlə dilə gətirir və tabeçiliyindəkilərdən də xalqa ləyaqətlə, vicdanla xidmət göstərməyi tələb edir. Biz dövlət başçımızı vaxtaşırı ölkənin ayrı-ayrı bölgələrində ictimaiyyət nümayəndələri ilə birbaşa ünsiyyətə, görüşə qatıldığının şahidi oluruq. Bu ünsiyyətlər izsiz ötüşmür. Görüşlərdə vətəndaşların qaldırdıqları məsələlər dərhal nəzarətə götürülür və müvafiq qurumların fəaliyyət planına daxil edilir. Dövlət başçısı bildirir ki, poçtuna gələn bütün məktubları oxuyur, bir sıra problemlərdən mətbuat vasitəsilə xəbər tutur. Yenə də reaksiya operativ olur. Prezident İlham Əliyevin yanaşması belədir ki, problemlər harada varsa, dərhal aradan qaldırılmalıdır, bu məsələdə paytaxt və regionlar arasında heç bir fərq qoymaq olmaz. Yerlərdə vətəndaşları narahat edən məsələlərin həlli son nəticədə ölkənin problemlərinin həlli deməkdir. Son illərdə respublikanın müxtəlif bölgələrində daşqınlar, zəlzələlər, yanğınlar baş verdi. Belə həssas məqamlarda çətinliyə düşən insanların yanında olmağa tələsən kim oldu? Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva! Onların həyatın ağır sınağı ilə üzləşən insanlarla görüş səhnələrinin yaratdığı auranı, ab-havanı təsəvvür etmək çətin deyil. Tək olmadıqlarını, arxalarında dövlətin, ölkə Prezidentinin, onların həmişə “bizim Mehriban” deyə müraciət etdikləri birinci xanımın dayandığını görən insanlar bundan böyük təsəlli tapırlar. Prezidentin, birinci xanımın həyatın sınağı ilə üzləşən insanlara real yardımı da özünü çox gözlətmir. Prezidentin insanlara yönəlik siyasəti isə xalqda Ona inamı, güvəni artırır.

Növbəti müqayisəyə üz tutaq. Dünya çapında prezidentlər, yüksək ranqlı məmurlar illər ötəndən sonra cəmiyyətdə populyarlıqlarını itirirlər və onların reytinqləri sürətlə aşağı düşür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev barəsində demək əsla mümkün deyil. İllər ötür, ancaq Prezident İlham Əliyevə xalqın etimadı səngimir, əksinə daha da artır. Bu ümümxalq inamının arxasında dövlət başçısının Azərbaycan dövləti və xalqı naminə fəaliyyəti dayanır. Azərbaycan cəmiyyəti ötən dövrdə Prezident İlham Əliyevin milli mənafedən, xalqın iradəsindən kənar hansısa bir addım atıldığının şahidi olmayıb. Ən ümdə məsələlərdə həmişə xalqa üz tutulub və xalqın istəyi əsas götürülüb. Bunu biz artıq tarixdə qalan Dağlıq Qarabağ probleminin həllində də gördük. Münaqişənin həlli ilə bağlı danışıqlar prosesi uzun dövrü-üç onilliyə yaxın bir zaman kəsiyini əhatə etdi. Bu dövrdə masa arxasında dövlət başçımıza müxtəlif təzyiqlər göstərilməsinə cəhdlər az olmadı. Ancaq hər dəfə Prezident İlham Əliyev xalqın mövqeyinə istinad etdi və qətiyyət göstərərək Azərbaycanın ərazi bütövlüyü prinsipindən geri çəkilmədi. Bunu yuxarıda bəhs olunan çıxışında bir daha xatırladan Prezident İlham Əliyev vurğulayıb:  “Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik”.


Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan 44 gündən sonra- 10 noyabr 2020-ci il tarixində onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı və üzərinə bir sıra öhdəliklər götürdü…


Müharibə başa çatandan sonra düşmən tərəfdən belə iddialar səsləndirilirdi ki, Azərbaycanın geri qaytardığı ərazilərdə bərpa işlərini aparmağa və orada məskunlaşmanı təmin etməyə onilliklər lazım gələcək. Həqiqətən də, mənfur düşmənin qoyub getdiyi miras kədərli təəssüratlar oyadır. Erməni vandallar işğal dövründə nəzarətlərində saxladıqları 11 min kvadratkilometr ərazidə hər şeyi dağıdıblar və talayıblar. İnsanlığa yaraşmayan belə bəd əməlləri yalnız sivilizasiyadan bixəbər olan vəhşi tayfalar törədə bilərlər ki, bunu da ermənilər ediblər.


Ancaq Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, işğaldan azad edilmiş ərazilərə xalqımızı güclü mənəvi tellər bağlayır. Ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız düz üç onillik ərzində doğma yurd yerlərinə qayıtmağın həsrəti ilə yaşamışlar. Buna görə də güclü və məsuliyyətli dövlət olan Azərbaycan müharibə başa çatandan dərhal sonra işğaldan azad olunan ərazilərin bərpasına start verdi. Bu da ölkəmizin dünyaya nümayiş etdirdiyi bir nümunədir. Müharibədən çıxan ölkələr, adətən, itkilərinin yerini doldurmaq qayğısına qalırlar. Azərbaycan isə gözləmə mövqeyi tutmadı ki, bu da respublikamızın gücünü və məsuliyyətini göstərir.

 

 

Xanım Əliyeva Mahmudavar kənd tam orta məktəbin direktoru

 

Şərhlər: 0

Şərh yaz