Böyük Qayıdış Dövlət Proqramı
Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-siyasi Zəfərinin ardından qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir.
Proqramın təsdiq edilməsi xalqına 30 illik həsrətdən sonra qələbə sevincini yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevirməklə bağlı sözlərin əməli təzahürüdür.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi və bu zəfərdən dərhal sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. İlk növbədə təbii ki, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə start verildi və bu gün həmin məsələlər davam edir. Bununla yanaşı həmin ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin qurulması, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində layihələr icra edilib və hazırda da bu istiqamətdə işlər davam edir.
Böyük Qayıdışa dair I Dövlət Proqramında qlobal trendlər, ərazilərin bərpası və yenidənqurulması üzrə mövcud vəziyyət, hədəf, göstəricilər, Dövlət Proqramının məqsədləri, maliyyələşmə mənbələri, monitorinq və icrasının qiymətləndirilməsi, tədbirlər planı və digər mühüm məsələlər yer alıb. Bu proqram 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir.
Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağın bərpasında ən son texnologiyalardan istifadə olunacaq, "ağıllı" şəhər və kənd sistemləri qurulur. Artıq ilk belə sistemin Zəngilanda yaradılmasına başlanılıb. Zəngilanda birinci “ağıllı kənd” layihəsi icra edilir. İlkin araşdırmalar aparıldıqdan sonra Zəngilanın dağıdılmış Ağalı kəndində layihənin tətbiqinə start verilib. Bu, işğaldan azad olunmuş ərazilər üzrə bərpa edilən ilk kənddir
Artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol- kommunikasiya,enerji və infrasturktur layihələri həyata keçirilib və keçirilməkdir.Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi zərurəti var idi ki, Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı haqqında" sərəncam imzaladı.
.
Sərəncamda Böyük Qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyəndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik.
Əsəd Əsədli
Masallı Dövlət Regional Kollecin müəllimi