Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə vermişdir
Prezident İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar tarixində müsahibə vermişdir.Müsahibə zamanı bir çox kanalların müxbirlərinin suallarını cavablandırmışdır. Müsahibə boyu İlham Əliyev bir çox məsələlərə toxunmuşdur. Bu məsələlər azad edilən torpaqlarımızda aparılan yenidənqurma işləri, xarici siyasət, Azərbaycan və Ermənistan arasındakı münasibətlərlə əlaqədar olmuşdur.
Müsahibə zamanı Azərbaycan Televiziyasından,"ARB 24" kanalından,İctimai Televiziyadan,Real TV- dəniştirak edən müxbirlər iştirak etmişlər.
"Ötən ilin uğurları bu ilin proqnozları üçün nə deyir" sualına İlham Əliyev belə cavab vermişdir. Azərbaycanda iqtisaddi artım 5 faiz artıb. Qeyri- neft sənayemiz 20 faizə yaxın artıb. Biz valyuta ehtiyatlarını sabit saxlamalıyıq, azalmasına imkan verməməliyik, çünki bu bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə olmadan, siyasi müstəqillikdən danışmaq olmaz. Ölkəmizdə ixracımızla bağlı məsələlərə də ciddi yanaşırıq. Çalışmalıyıq ki, təkcə neft- qaz hesabına deyil,eyni zamanda digəe məhsullar hesabına da valyutamız artsın. Qarşımızdakı ildə isə daha böyük mıqsədlərimiz var.Azərbaycan bu gün dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır.Bunun təməlində hərbi vüc və böyük qələbəmiz dayanır.Biz daima haqq yolunda olmuşuq və siyasi,iqtisadi gücümüz gündən- günə artır.
Bütün dünyada hökm sürən inflyasiya Azərbaycana da öz təsirini göstərir,çünki bizim ölkəmiz də dünyadan bir çox məhsulları idxal edir. Buna görə də inflyasiyanın təsirindən Azərbaycan da yan ötüşmür.Bunun qarşısını almaq üçün biz idxalı əvəzləyəcək yerli məhsulların istehsalına çalışmalıyıq.
Ölkə sosial rifahın artırılması da vacibdir Bunun üçün pensiyaların,sosial yardımın artırılmasını hamı artıq bilir və bu artım il boyu yenidən gözlənilir .Sosial sahədə atılan bu addımlar ehtiyacı olan ailələrə göstərilən qayğının bariz nümunəsidir.Eyni zamanda şəhid ailələri və müharibə əlillərinə də dəstək göstərilir.
Ermənistanla münasibətlərə gəldikdə isə Prezident İlham Əliyev qeyd etmişdir ki,Ermənistan bizim üçün təhlükəyə çevrilə bilməz.Biz buna imkan verə bilmərik.Bizim üçün hər hansı təhlükə olarsa ,buz bu təhlükəni dərhal dəf edəcəyik.Biz ölkəmizin dünyadakı yerini düzgün seçməliyik və məncə,biz bunu həmişə bacarmışıq və bacaracağıq da.Qeyri- real arzularla addımlımamalıyıq.Biz real maraqlarımızı təmin etməliyik.Buna nail olmaq üçün bizdə həm siyasi,həm iqtisadi,həm hərbi,həm də diplomatik imkan,pitensial var.
Müsahibənin sonunda televiziya işçiləri Prezident İlham Əliyevə öz suallarını vermək üçün yaratdığı bu şəraitə görə öz təşəkkürlərini bildirmişlər.
Masallı rayon Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Cəfərova Aytən Balağa qızı.