Azinfo » Bloq » Köşə yazıları » Azərbaycan –Türkiyə qardaşılığı

Azərbaycan –Türkiyə qardaşılığı

Tarix : 13-02-2023   /   Bloq / Köşə yazıları  




        Türkiyədə 6 fevral tarixində səhər saatlarında Dünya tarixinin ən faciəvi zəlzələlərindən biri baş verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ  baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Çoxsaylı insan tələfatına səbəb olan bu zəlzələ Azərbaycan xalqını də dərindən sarsıtdı. Bir millət, iki dövlət ruhuna uyğun olaraq, Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədir, çətin vaxtlarda bir-birini dəstəkləyir. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirib və ölkəmiz qardaş Türkiyənin dərdinə şərikdir. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa hazırdır.
           Artıq Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Türkiyəyə ilkin yardımla bağlı zəruri vasitələr olan ikinci təyyarə də yola salınıb ki, bu təyyarədə tibbi ləvazimatlar, çadırlar, yataq dəstləri, digər zəruri vasitələr yer alıb. Təbii ki, prosesin gedişində gərəkli ehtiyaclar nəzərə alınmaqla Azərbaycan dövləti, xalqımız hərtərəfli yardımlarını davam etdirir.
         Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
   Artıq Azərbaycanın hər bir bölgəsində qardaş xalqımızı dəstək məqsədi ilə yardım kompaniyası başladılıb. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Türkiyəyə ilkin yardımla bağlı zəruri vasitələr olan ikinci təyyarə də yola salınıb ki, bu təyyarədə tibbi ləvazimatlar, çadırlar, yataq dəstləri, digər zəruri vasitələr yer alıb. Təbii ki, prosesin gedişində gərəkli ehtiyaclar nəzərə alınmaqla Azərbaycan dövləti, xalqımız hərtərəfli yardımlarını davam etdirir.
          Həmçinin Azərbaycanın vitse prezidenti Mehriban Əliyeva zəlzələ ilə bağlı müraciətində bildirmişdir ki,Azərbaycan xalqının ən böyük xüsusiyyətlərindən biri də birlik və həmrəylik nümayiş etdirərək daim bir-birininə dəstək olmaqdır.
             Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı qardaş ölkədə zəlzələ nəticəsində zərərçəkmişlərə kömək üçün Bakıda yardım toplanması kampaniyası ilə bağlı paylaşım edib.O, paylasımında bildirib ki, Azərbaycan xalqı yardım göndərəkən “Nuru Paşanı unitmadıq mesajını verdi”.
              Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.Platforma “Səninləyəm Türkiyəm!” yardım kampaniyasına dəstək məqsədilə zəlzələdən zərər çəkənlərə kömək üçün pul, tibbi ləvazimatlar və  zəruri əşyaların lazımi ünvanlara çatdırılması üçün aktiv fəaliyyət göstərəcək.
               Azərbaycanın bütün bölgələrindən olduğu kimi Masallı rayonundanda da qardaş Türkiyə dövlətinə yardım  üçün könüllü olaraq  davam etdirilir. Masallı rayonunda toplanmış yardımların birbaşa Türkiyəyə göndərilməsi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilmişdir. Masallı rayon sakinləri Türk qardaşlarımıza 187 min manatlıq yardım göndərmişdir. Bu yardımlar könüllü  şəkildə həyata keçirilir. Kimin imkanı nəyə çatırsa, əlindən gələni əsirgəmir. Milli birlik və həmrəylimiz heç vaxt sarsılmayacaq. Yardımlar hələdə rayon sakinləri tərəfindən davam etdirilir. Türkiyədə baş vermiş zəlzələnin nəticələri aradan qaldırılana qədər Azərbaycan hoküməti və xalqı daim qardaş xalqının yanında olacaq və dəstəyini əsirgəmiyəcək.

Babayeva Elanora
Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi.

Şərhlər: 0

Şərh yaz