Azinfo » Bloq » Köşə yazıları » Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclas keçirilmişdir.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclas keçirilmişdir.

Tarix : 22-02-2023   /   Bloq / Köşə yazıları  
 
 
                Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvli,Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik  Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
           
Konfransda  Moderator Kristof Heusgen Rusiyanın Ukraynaya qarşı müdaxiləsi , müharibəsi sizin ölkənizə necə təsir göstərdiyini  Prezident İlham Əliyevdən cavablandırmağı xahiş etdi. Prezidentimiz Rusiya-Ukrayna müharibəsinin Azərbaycana birbaşa heçdə təsir etmədiyini vurğuladı. Daha sonra o qeyd etdi ki, Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır.Lakin bildiyiniz kimi  bizim öz müharibəmiz olub. 44 gün çəkmiş müharibə iki ildən biraz çox əvvəl baş vermişdir.Biz müharibənin nə olduğunu bilirik.Buna görə ,biz təbii ki,istəyirik Avrasiyada sülh bərqərar olunsun.Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq.Ümid edirik ki,biz bu işi gec yox ,tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər. Mənim cavabım belədir. Sonra  Moderator Kristof Heusgen guya Azərbaycanda Dağlıq Qarabağın blokada şəraitində olduğunu nəzərə çatdırmaq istədi. Lakin Cənab İlham Əliyev bu fikrin yalnış olmasını çox dərin,əhatəli şəkildə izahını verdi. Prezident qeyd etdi ki, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur.Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverənliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var .Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi,o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib.Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə,yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik. 
                 
Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz           istismarının  dayandırıılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai  fəallarımız şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi. 
 
 
Şıxəliyeva Aidə Azər qızı
Masallı rayon Dəlləkoba kənd ümumi orta məktəb
 
 
 
 

Şərhlər: 0

Şərh yaz