Azinfo » Bloq » Köşə yazıları » “Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır”- FOTO

“Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır”- FOTO

Tarix : 24-02-2023   /   Bloq / Köşə yazıları  

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində xüsusi bir vəhşilik aktıdır." Eyni zamanda bütün bəşəriyyətə qarşı olan bu tarixi cinayətin 31-ci ildönümü ilə əlaqədar  “Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır” mövzusunda Astara rayon Heydər Əliyev Mərkəzində birgə tədbir keçirilib/

Fevralın 23-də Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının, Astara rayon Heydər Əliyev Mərkəzinin, Ombudsmanın Cənub Regional Mərkəzinin, Astara rayon Mədəniyyət İşçilərinin Azad Həmkarlar təşkilatının, Astara Pedaqoji Kollecinin, Astara Rəsm Qaleriyasının, Gənclərin İnkşaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin,  Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbinin və Astara rayon C.Cabarlı adına Kakalos kənd tam orta məktəbinin  məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım tədbiri və sərgi  keçirilib.
 
Tədbiri giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Sonra Xocalı soyqırımının dəhşətlilərini, erməni vandalizmini əks etdirən qısametrajlı film nümayiş etdirilib.
     
Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova geniş məruzəsini təqdim edib.     
 
Birgə tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov "Ümummilli Lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsi" mövzusunda geniş çıxış edib.

Daha sonra YAP Astara rayon təşkilatının təşkilat məsələləri üzrə məsləhətçisi Elçin Məmmədəliyev, Astara rayon Mədəniyyət İşçilərinin Azad Həmkarlar təşkilatının sədr Hacıbala Ramazanov, Astara Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, Astara rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nuranə Mirzəyeva, Gənclərin İnkşaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin Layihələr və tədbirlər üzrə mütəxəssisi Şərqiyyə Məmmədzadə, Astara Pedaqoji Kollecinin tələbəsi Günel Babayeva, Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbinin şagirdi Sonaxanım Mirzəyeva, Astara rayon C.Cabarlı adına Kakalos kənd tam orta məktəbinin  məktəbinin şagirdi Aysu Əhədova çıxış ediblər.


Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara  Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı  Mərkəzin fondunda saxlanılan Xocalı şəhidlərinin fotoşəkilləri, “Elektron kitabxanası”nda saxlanılan kitabların və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar. Sərgi haqqında Mərkəzin bələdçisi Cəmalə Məmmədova və  Astara  Dövlət Rəsm Qalereyasının bələdçisi Ülviyyə Mirzəyeva geniş məlumat verib.

Şərhlər: 0

Şərh yaz