Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » ABŞ Almaniyada Ukrayna hərbçiləri üçün təlimə başlayıb

ABŞ Almaniyada Ukrayna hərbçiləri üçün təlimə başlayıb

Tarix : 16-01-2023   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
ABŞ Almaniyada Ukrayna hərbçiləri üçün genişləndirilmiş təlim proqramına başlayıb.

\B unu ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli bildirib.

Təxminən 500 nəfərdən ibarət batalyonun 5-8 həftə ərzində keçiriləcək təlimlərdən sonra döyüş bölgəsinə qayıtması planlaşdırılır.
Millinin sözlərinə görə, təlimlərdə Ukraynaya verilən silahlar, artilleriya sistemləri, tanklar və digər avadanlıqlarla işləmək nəzərdə tutulub.
Həmçinin o da əlavə olunub ki, ABŞ artıq 3100 nəfərdən çox Ukrayna hərbçisi üçün təlim proqramları həyata keçirib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi hərbi əməliyyatlara başlayıb.

Şərhlər: 0

Şərh yaz