Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Baydenin evində aparılan axtarışlarda heç bir məxfi sənəd tapılmayıb

Baydenin evində aparılan axtarışlarda heç bir məxfi sənəd tapılmayıb

Tarix : 02-02-2023   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən ABŞ Prezidenti Co Baydenin Delaver ştatının Rehobot-Biç şəhərindəki evində aparılan axtarışlarda heç bir məxfi sənəd tapılmadı.

Vəkil qeyd edib ki, aparılan axtarışlar barədə Bayden məlumatlı olub və proses təxminən 4 saat çəkib.

FTB hələlik axtarışla bağlı şərh verməyib və Bauerin dediyinə görə, əməliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə axtarış barədə əvvəlcədən ictimaiyyətə məlumat verilməyib.

Həmçinin qeyd olunub ki, Co Baydenin 2009-2017-ci illər aralığında vitse-prezident olduğu dövrə aid olan bəzi materiallar və əlyazmalar əlavə araşdırma aparılması üçün götürülüb.

Şərhlər: 0

Şərh yaz