ABŞ Gürcüstan parlamentinə təqdim edilmiş yeni qanun layihəsindən narahatdır
Gürcüstan parlamentinə şəffaflıqla bağlı təqdim edilmiş qanun layihəsi ölkənin Avro-Atlantik inteqrasiyasını baltalaya bilər.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. O bildirib ki, ABŞ-ın Gürcüstan parlamentinə təqdim edilmiş qanun layihəsi ilə bağlı dərin narahatlıqları var.
"Biz bunun Gürcüstanda söz azadlığı və demokratiyaya təsirlərindən dərin marahatlıq keçiririk. Bununla bağlı dərin narahatlıqlarımızı Gürcüstan hökumətindəki həmsöhbətlərimizə bildirmişik. Təklif olunan qanun müstəqil səsləri və öz icmaları üçün daha yaxşı gələcək qurmağa can atan Gürcüstan vətəndaşlarını ləkələyəcək və susduracaq. Biz inanırıq ki, belə bir qanun potensial olaraq Gürcüstanın Avro-Atlantik inteqrasiyasını baltalaya bilər".
Ned Prays qeyd edib ki, qanun layihəsi Rusiya və Macarıstanda qəbul edilmiş qanunlarla oxşarlıq təşkil edir.
Qeyd edək ki, sözügedən qanun layihəsi gəlirinin 20 faizindən çoxu xarici mənbələrdən olan media orqanları və fərdlərin xüsusi qeydiyyatdan keçirilməsini nəzərdə tutur.

Şərhlər: 0
Şərh yaz