Çavuşoğlu: “Rusiya ilə Ukraynanın mövqeyi bəzi mövzularda yaxınlaşıb”
Rusiya və Ukrayna liderlərini bir araya gəlməsi üçün mütləq şəkildə Belarusdakı danışıqlarda yaxınlaşma olmalıdır.
Azinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, tərəflərin mövqeyi bəzi mövzularda artıq yaxınlaşıb.
“Və ancaq bundan sonra iki lider görüşə bilər. Lakin bundan əvvəl XİN başçıları bir daha bir araya gəlməlidirər”, - deyə nazir bildirib.
Çavuşoğlu əlavə edib ki, müharibə davam etdiyi halda hər hansı sülh sazişinin imzalanması çətin məsələdir. O bunun üçün atəşkəsə nail olmaq lazım olduğunu deyib.
Şərhlər: 0
Şərh yaz