Finlandiya ilə Rusiya arasında dəmiryolu əlaqəsi dayandırılır
Finlandiyanın VR Milli Dəmiryolu Şirkəti Sankt-Peterburq-Helsinki xəttində sərnişin daşınmasını dayandıracağını elan edib.
Azinfo.az-ın BFM TV-yə istinadla xəbərinə görə, sonuncu qatar bazar günü Sankt-Peterburqdan yola düşəcək.
Azinfo.az-ın BFM TV-yə istinadla xəbərinə görə, sonuncu qatar bazar günü Sankt-Peterburqdan yola düşəcək.
Qatara yalnız Finlandiya və Rusiya vətəndaşlarının minməsinə icazə verilir. Sanksiyalara rəğmən qatar xəttinin açıq olmasına səbəb hər 2 ölkə vətəndaşlarının vətənə qayıtmasını təmin etmək idi.
Finlandiya hökumətindəki mənbə bildirib ki, artıq xəttin istismarı rentabelli olmadığı üçün reyslər qeyri-müəyyən vaxtadək dayandırılır.
Şərhlər: 0
Şərh yaz