Qırğızıstan prezidenti TDT sammitində iştirak edəcək

Bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.
Sultanbayevin dediyinə əsasən, Türkiyənin paytaxtında 15-16 mart tarixlərində baş tutacaq görüşdə TDT-yə daxil olan ölkələrin liderləri təbii fəlakətlərlə mübarizədə fəaliyyətlərin əlaqələndirilməsi və belə vəziyyətlərdə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, TDT 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) kimi yaradılıb və 2021-ci ilin noyabrında İstanbulda keçirilən sammitdə adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub.
Təşkilata üzv ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.
Şərhlər: 0
Şərh yaz