Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Bolqarıstan Prezidenti: Serbiya Cənub Qaz Dəhlizindən gələn yeni qaz mənbələrinə çıxış əldə edir

Bolqarıstan Prezidenti: Serbiya Cənub Qaz Dəhlizindən gələn yeni qaz mənbələrinə çıxış əldə edir

Tarix : 01-02-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Bolqarıstan qonşu Serbiya ilə Rusiyaya alternativ mənbələrdən qazın Belqrada axmasına imkan verəcək və cənub-şərqi Avropada tədarükün təhlükəsizliyini artıracaq təbii qaz xəttinin tikintisinə başlayıb.

Bu barədə “Reuters“ agentliyi xəbər verir.

“Bu layihə regiona tədarükün həqiqi diversifikasiyası və təhlükəsizliyi üçün yeni imkanlar verir. Biz Avropa bazarlarına çıxış imkanlarını genişləndiririk. Serbiya Cənub Qaz Dəhlizindən və Egey dənizindəki mayeləşdirilmiş təbii qaz terminallarından gələn yeni qaz mənbələrinə çıxış əldə edir ”, - Serbiya Prezidenti Aleksandr Vuçiçin də iştirak etdiyi açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radev bildirib.

Bolqarıstanın energetika naziri Rossen Xristov bildirib ki, Bolqarıstanın Novi İskar şəhərindən Serbiyanın Niş şəhərinə uzanacaq 170 kilometrlik (106 mil) qaz kəmərinin ilin sonuna kimi istismara verilməsi gözlənilir.

Rəsmilər bildiriblər ki, layihəni 2012-ci ildən nəzərdən keçirən Bolqarıstan oktyabrın sonuna qədər öz ərazisində 62 kilometrlik hissə hazır etməyi planlaşdırır. Keçən ilin fevralında tikintiyə başlayan Serbiya da payıza hazır olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan Bolqarıstana qaz ixrac edir. Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinin kommersiya istismarına ötən ilin 1 oktyabr tarixində başlanılıb.

Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

Şərhlər: 0

Şərh yaz