Azinfo » Mədəniyyət və İdman » Idman » Döyüş növləri » Azərbaycan millisi Avropa çempionatında ilk medalı rəsmiləşdirib

Azərbaycan millisi Avropa çempionatında ilk medalı rəsmiləşdirib

Tarix : 20-03-2022   /   Mədəniyyət və İdman / Idman / Döyüş növləri  

Azərbaycan yığması Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında ilk medalını rəsmiləşdirib.
Apasport.az saytının məlumatına görə, millimizin heyətində Cəlal Qurbanov (63,5 kq) yarışı üçüncü pillədə başa vurub.

O, yarımfinalda məğlub olaraq bürünc medala yiyələnib.
Qeyd edək ki, Qurbanovdan öncə Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) finala yüksəlib. Nəbi İsgəndərov (67 kq) isə yarımfinal döyüşünə çıxacaq.

Şərhlər: 0

Şərh yaz