Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » Emin Mahmudov “Neftçi”ninAzərbaycan çempionatlarında 1500-cü qolunu vurub

Emin Mahmudov “Neftçi”ninAzərbaycan çempionatlarında 1500-cü qolunu vurub

Tarix : 06-03-2023   /   Mədəniyyət və İdman / Idman / Futbol  
“Neftçi” Azərbaycan çempionatlarında 1500-cü qolu vurub.

Bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib.

“Bakcell Arena”da “Turan Tovuz”u qəbul edən Bakı klubu 4:0 hesabı ilə qalib gəlib.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından biri olan “Neftçi” bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt təmsilçisinin qarşılaşmadakı 4-cü topu yubiley xarakteri daşıyıb.

Yubiley qoluna Emin Mahmudov imza atıb. Bununla da “Neftçi” çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. “Ağ-qaralar”ın orta məhsuldarlığı 1,71-ə bərabərdir.

Qeyd edək ki, “Neftçi”nin 1-ci qolunu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada Yunis Hüseynov vurub. 500-cü qola 1999-cu il oktyabrın 31-də “Kəpəz”lə görüşdə Aleksey Stukas, 1000-ci topa 2011-ci dekabrın 4-də “Simurq”la qarşılaşmada Araz Abdullayev imza atıb.

Şərhlər: 0

Şərh yaz