Rusiyadan alınan dünya çempionatı 2 ölkəyə verilib
Kişi voleybolçular arasında DÇ-2022-nin keçiriləcəyi yer müəyyənləşib.
Bunu Polşanın baş naziri Mateuş Moravetski açıqlayıb.
O bildirib ki, Rusiyadan alınan mundial iki ölkəyə verilib. Çempionata Polşa və Sloveniya ev sahibliyi edəcək. Yarışın keçirilmə tarixi dəqiqləşməyib.
Qeyd edək ki, turnir avqustun 26-dan sentyabrın 11-dək Rusiyanın 10 şəhərində keçirilməli idi. Lakin Ukraynadakı vəziyyət üzündən çempionat Rusiyadan alınıb.
Şərhlər: 0
Şərh yaz