Azinfo » Mədəniyyət və İdman » Idman » Top oyunları » Basketbol üzrə Azərbaycan yığması dünya reytinqinə qayıdıb

Basketbol üzrə Azərbaycan yığması dünya reytinqinə qayıdıb

Tarix : 26-09-2022   /   Mədəniyyət və İdman / Idman / Top oyunları  
Kişi basketbolçular arasında milli komandaların FİBA reytinqi açıqlanıb.

Cədvəldə dünyanın 164 komandası yer alıb.

Azərbaycan milli komandası 13 aylıq fasilədən sonra siyahıya qayıdıb. Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığmamız bu fəaliyyətsizliyinə son verdikdən sonra reytinqə daxil edilib. Aleksandar Trifunoviçin yetirmələri Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.

Aktivində 78,5 xal olan millimiz dünyanın 113-cü komandasıdır. Yığmamız Avropa ölkələri arasında 45-cidir.
Qeyd edək ki, cədvələ ABŞ (760,7), İspaniya (758,9) və Avstraliya (741,1) milliləri başçılıq edir.

Şərhlər: 0

Şərh yaz