Azinfo » Siyasət » Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq güclənir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq güclənir.

Tarix : 29-11-2022   /   Siyasət  

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bu gün Azərbaycanda müxtəlif beynəlxalq konfranslar, forumlar, mötəbər tədbirlər keçirilir. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda növbəti beynəlxalq konfrans keçirilib. Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Azərbaycan Respubblikasının Prezidenti cənab İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda geniş məzmunlu çıxış etdmişdir. Ölkə başçısı öz çıxışında Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi və digər məslələlərə toxunaraq, ölkəmizin beynəlxalq layihələrin icrasındakı uğurlarını qeyd etmişdir. İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində isə ölkəmizdə möhkəm əsaslı sabitlik mövcuddur ki, bu da öz növbəsində Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli layihələrdə yer almasına gətirib çıxarır. Dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini artırır və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanının cəlbediciliyini artır. Yeni geosiyasi vəziyyətdə Orta Dəhliz ən maneəsiz və operativ dəhlizlərdən biri olacaqdır.


Vətən Müharibəsindən sonra regionda kommunikasiya xətlərinin bərpası və yenilərinin yaradılması Azərbaycan xarici siyasətində ən prioritet məsələlərdən biridir. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. "3+3" platforması öz perspektinə, iqtisadi, siyasi cəhətdən o qədər əhəmiyyətlidir ki, hər kəs əmindir ki, bu platform daha çox ölkələrin əməkdaşlığı üçün əvəzedilməz təşkilat olacaq.


Ümumiyyətlə, həm Zəngəzur dəhlizi, həm də bölgədə yaradılmış "3+3" platforması bölgə xalqları arasında dostluğun, qonşuluğun və həmrəylin möhkəmləndirilməsində eləcə də bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın və inkişafın qarantı olacaq.


Ölkəmizin Avropa ilə Asiyanın arasında yerləşməsi Orta Dəhliz marşrutunun bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Həmçinin, Azərbaycanda uzun illər ərzində yatırılmış sərmayə və görülmüş işlər nəticəsində dəmir yolları, yol infrastrukturu sahəsində böyük uğurlar əldə olunub. Həm daxili yol infrastrukturu, həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkəmizin ərazisindən keçən yüklərin də həcmini dəfələrlə artırıb. Bu səbəbdən də Azərbaycan Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırır, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikilir. Bununla yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanı 15 milyon tondan 25 milyon tona qədər genişləndirilir, hava limanları layihələrinin də tamamlanması prosesi gedir. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması isə Xəzər dənizinin şərq sahillərindən yüklərin Azərbaycan ərazisindən nəql edilməsinə görə yeni tankerlər, bərələr və yük gəmiləri baxımdan potensialını artırır. Onu da əlavə etmək lazımdır ki, artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bir sözlə, bu gün Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - mövcuddur. Lakin eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə də olmalıdır”.


Rauf Cəbiyev
YAP Masallı rayon təşkilatı
Kolatan ərazi partiya təşkilatının sədri

Şərhlər: 0

Şərh yaz