Parlamentdə şəhidlərin xatirəsi yad edilib

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, bununla bağlı məsuliyyət Ermənistanın üzərinə düşür: “Ermənistanın məqsədi azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə mane olmaqdır. Xahiş edirəm ki, sentyabrın 13-də şəhid olan hərbi qulluqçularımızın və eləcədə də I və II Vətən müharibəsində şəhid olan hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək”.
Parlamentdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şərhlər: 0
Şərh yaz