Azinfo » Siyasət » Diaspor xəbərləri » Prezident: Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri sülh şəraitində yaşayırlar

Prezident: Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri sülh şəraitində yaşayırlar

Tarix : 14-04-2023   /   Siyasət / Diaspor xəbərləri  
“Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar”.

Bu barədə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrikində deyilir.

“Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir” – deyə dövlət başçısı qeyd edib.

Şərhlər: 0

Şərh yaz