Azinfo » Siyasət » Rəsmi xəbər » Azərbaycan Prezidenti: "Qarabağ münaqişəsi artıq tarixdir"

Azərbaycan Prezidenti: "Qarabağ münaqişəsi artıq tarixdir"

Tarix : 01-11-2022   /   Siyasət / Rəsmi xəbər  
“Qarabağ münaqişəsi artıq tarixdir”.

Bunu Prezident İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi 2 il əvvəl həll edilib, iki il öncə üçtərəfli bəyanat imzalanıb və çoxillik münaqişəyə son qoyulub. Belə olan halda isə bu kontekstdə praktiki olaraq müzakirə olunacaq nəsə yoxdur.

Prezident İlham Əliyev 2 il əvvəl Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Vladimir Putinə bir daha təşəkkür edib.
Dövlət başçısının sözlərinə görə, indi isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində danışmaq və addımlar atmaq zamanı gəlib.

Şərhlər: 0

Şərh yaz