Azinfo » Siyasət » Rəsmi xəbər » Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib

Tarix : 07-02-2023   /   Siyasət / Rəsmi xəbər  
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.

O bu barədə “Twitter“də paylaşım edib.

Paylaşımda deyilir: “Hörmətli Mehriban, başsağlığı mesajınız və kədərimizi bölüşdüyünüz üçün ürəkdən təşəkkür edirəm. Can Azərbaycan, çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəkləriniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək gözəldir”.

Şərhlər: 0

Şərh yaz