ABŞ Prezidenti "Instagram" və "Twitter" səhifələrində Novruz bayramı ilə bağlı paylaşım edib
ABŞ Prezidenti Co Bayden sosial şəbəbkə səhifələrində Novruz bayramı münasibətilə paylaşım edib.
AZİNFO.AZ xəbər verir ki, o, paylaşımında özü və həyat yoldaşı adından Novruzu qeyd edənlərə xoş arzularını çatdırıb.
"Jill və mən bütün dünyada Novruzu qeyd edənlərə ən xoş arzularımızı çatdırmaq istəyirik. Novruz bayramı, sevdiklərinizə şükür etmək, nemətlərini düşünmək və yeni mövsümün bütün imkanlarını qarşılamaq üçün Novruz süfrəsi arxasında toplaşmaq deməkdir. Novruz bayramınız mübarək!”,- deyə ABŞ Prezidenti "Twitter" paylaşımında qeyd edib.
"Yeni başlanğıcların, ümidlərin və sevinclərin mesajı olan Novruz süfrəsi Ağ Evdəki Haft-Sin süfrəmizdə yaradılıb. Bu, ABŞ-da hər gün fövqəladə töhfələr verən çoxlu diaspor icmalarımızın canlı mədəniyyətlərinin və dostluqlarının bayramıdır",- deyə ABŞ Prezidenti "Instagram" səhifəsində paylaşım edib.
Şərhlər: 0
Şərh yaz