Azinfo » Siyasət » Xarici siyasət » Türk səyyah: Zəngilan aeroportu bizi duyğulandırdı

Türk səyyah: Zəngilan aeroportu bizi duyğulandırdı

Tarix : 31-10-2022   /   Siyasət / Xarici siyasət  
“Bu torpaqlar 30 ildə Azərbaycanda olsaydı, bu dağıntılar yerinə gördüyümüz hava limanı, Ağalı kəndləri kimi minlərcə bina inşa olardı”.

Bunu türkiyəli səyyah Vural Özmetik deyib.

“Biz Zəngilana gələndə Azərbaycan və Türkiyə prezidentlərinin birgə açdığı Zəngilan Beynəlxalq Hava Limanını gördük. Çox duyqulandıq. Sonra yeni salınan Ağıllı məhəlləni görmək də bizi duyqulandırır. Müharibə çox pis şeydir. Mən dağıntıları, söküntüləri gördüm. Biz, bir mİllət iki dövlət olaraq, 1992-ci ildə qaldığımız yerdən birgə başlayacağıq. Türkiyə olaraq bizim də bir çox problemlərimiz oldu. Bunlara sinə gəldik. Yenidən başladıq. İnşallah növbəti dəfə gələndə məktəblərə, kəndlərə öz sahiblərinin döndüyünü görəcəyik. Bu torpaqlar 1992-ci ildə də Azərbaycanın torpaqları idi. 30 il böyük itki oldu. Bu torpaqlar 30 ildə Azərbaycanda olsaydı, dağıntılar yerinə gördüyümüz hava limanı, Ağalı kəndləri kimi minlərlə bina inşa olardı", - səyyah vurğulayıb.

Şərhlər: 0

Şərh yaz