Türkiyəli səyyah: “İnkişafı görüb Azərbaycanla qürur duyduq”
“Türkiyə Səyyahlar Klubunun üzvüyəm, 200-ə yaxın ölkədə olmuşam, amma ən çox həyəcanlandığım ölkə Azərbaycan olub”.
Bunu türkiyəli səyyah Saime Özmetik deyib.
O bildirib ki, səfər zamanı müharibənin kədərli və zalım üzünü canlı-canlı görüblər: “Dağılmış evlərin içərisində əşyaların talan edildiyini, avtomobillərin dağıldığını, istifadə edilməz hala salındığını, yolların belə dağıdıldığını, xarabaya çevrildiyini və rəhm edilmədən insanların öldürüldüyünü öyrəndik. Əslində mən müharibə əleyhinəyəm. Kaş başqa millətlər də azərbaycanlılar kimi silahdan istifadə etmək məcburiyyətində qalmasalar, ölkəsini müdafiə etmək məcburiyyətində qalmasalar, hamı sevinc içində yaşasa. Ermənilər niyə təcavüz edir, bunu anlaya bilmirəm. Düşüncələrimi çox analiz elədim, amma cavabını tapa bilmədim. Çünki Azərbaycan insanı çox şəfqətli, mehriban, ürəyitəmiz insanlardır. Heyvanlarına belə çox yaxşı davranırlar”.
Səyyah qeyd edib ki, Azərbaycan çox sürətlə inkişaf edir: “Yollar çəkilir, binalar inşa olunur. Elektrik şəbəkələrini, mavi yanacaq xətlərini gördük, çox sevindik. Azərbaycanla qürur duyduq. Kəlbəcərdə olanda o, dağların içindən keçdik. Sizin torpaqlarınız sərvət dəyərindədir. Bu torpaqlara qızıl adı vermək çox zəif səslənər. Məhsuldar torpaqlarınızdan meyvə topladıq. Mən bir türk qadını olaraq sizinlə qürur duydum”.

Şərhlər: 0
Şərh yaz