Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirəcək

İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutacaq.
Sessiyaya məhkəmənin sədri Coan Donoqyunun (Joan E. Donoghue) hakimlik edəcək.
Dinləmələr Azərbaycan Respublikasının 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr ediləcək.
Şərhlər: 0
Şərh yaz