Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı səfiri Tural Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Abdelmacid Tebbuna təqdim edib.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Əlcəzairin dövlət başçısına çatdırıb.
Abdelmacid Tebbun da öz salamlarını və səmimi arzularını dövlətimizi başçısına çatdırmağı xahiş edib.
Əlcəzair Prezidenti iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin başladığını vurğulayıb, Azərbaycan diplomatına fəaliyyətində uğurlar arzulayıb.
Səfir iki dost ölkə arasında iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafının böyük potensialı olduğunu söyləyib, diplomatik nümayəndəliyimizin bu istiqamətdə fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
Tədbirdə Əlcəzairin xarici işlər və xaricdəki icmalar naziri Ramtan Lamamra, Əlcəzair Prezident Administrasiyasının rəhbəri Abdelaziz Xalaf iştirak ediblər.

Şərhlər: 0
Şərh yaz