Mingəçevirdə gənc qadın dəm qazından boğularaq ölüb
Mingəçevirdə yeni ailə quran gəlin dəm qazından boğularaq ölüb.
Azinfo.az-ın xəbərinə görə, hadisə Havarlı kəndində qeydə alınıb. Ailə üzvləri İsmayılova Fərizə Vüqar qızı vanna otağında huşsuz vəziyyətdə aşkarlayıb. Hadisə yerinə tibb işçiləri cəlb olunsa da F.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.
F.İsmayılovanın əslən Goranboy rayonundan olduğu, 4 ay əvvəl ailə qurduqdan sonra Havarlı kəndinə köçdüyü bildirilir.
Şərhlər: 0
Şərh yaz