Azinfo » Xəbər » Hadisə » Kürdəmirdə toyda müğənni və sürücüsü döyülüb

Kürdəmirdə toyda müğənni və sürücüsü döyülüb

Tarix : 14-10-2022   /   Xəbər / Hadisə  
Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.

DİN-dən  verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz