Azərbaycan Ordusunun snayperləri atış çalışmaları yerinə yetirib

Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.
Təlim sahəsində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən peşəkarlıqla icra olunub.
Keçirilən təlim atış çalışmalarının əsas məqsədi düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasıdır.
Şərhlər: 0
Şərh yaz