Azinfo » Xəbər » Hərbi » Azərbaycan və Latviya ekspertlərinin görüşü olub

Azərbaycan və Latviya ekspertlərinin görüşü olub

Tarix : 25-10-2022   /   Xəbər / Hərbi  
Azərbaycan və Latviya Müdafiə nazirlikləri arasında imzalanmış 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq oktyabrın 25-də Milli Müdafiə Universitetində STANAG test komissiyaları arasında işçi görüşü keçirilib. 

Bu barədə  MN-dən məlumat verilib. Xəbərə görə, görüşdə ingilis dili üzrə STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Şərhlər: 0

Şərh yaz