Son günlərin müzakirələrinə cavab : Qalib Məmmədovun həqiqi siması

Son günlər "Melissa Qrup"un rəhbəri Qalib Məmmədovun saxlanılması ilə bağlı yayılan xəbərlər böyük rezonans doğurub.
Lakin bu hadisənin kölgəsində onun illərlə gördüyü xeyirxah işlər və yüksək insani keyfiyyətləri unudulmamalıdır.
Qalib Məmmədov təkcə biznes sahəsində deyil, həm də cəmiyyətin rifahına verdiyi töhfələrlə tanınan bir şəxsiyyətdir.
"Melissa Qrup" 5000 nəfərlik işçi heyəti ilə Azərbaycanın ən böyük şirkətlərindən biridir. Bu, təkcə bir iş yeri deyil, eyni zamanda 5000 ailənin dolanışıq mənbəyi, onların sosial rifahının yüksəlməsinə birbaşa təsir edən mühüm amildir. Qalib Məmmədovun rəhbərliyi altında şirkət sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, cəmiyyətin müxtəlif təbəqələrinə yardım əli uzatmışdır.
Xeyriyyəçilik Fəaliyyəti
Qalib Məmmədovun xeyriyyəçilik sahəsində gördüyü işlər cəmiyyət tərəfindən daim yüksək qiymətləndirilmişdir. Onun təşəbbüsü ilə Masallı rayonunun Ərkivan qəsəbəsində müasir standartlara cavab verən uşaq bağçası tikilmişdir. Bu bağça yüzlərlə körpənin sağlam və təhlükəsiz şəraitdə böyüməsi üçün yaradılmış, valideynlərin rahatlığı və uşaqların inkişafı üçün hər cür imkan təmin edilmişdir.
Bundan əlavə, Qalib Məmmədov şəhid ailələrinə xüsusi diqqət ayırmış, onların sosial-məişət problemlərinin həlli üçün müxtəlif layihələr həyata keçirmişdir. Şəhid ailələrinin yaşadığı küçələrin asfaltlanması, mənzillərinin təmiri və digər ehtiyaclarının qarşılanması üçün onun rəhbərlik etdiyi şirkət daim dəstək göstərmişdir.
Hadisəyə Reaksiya və Mövqeyimiz
Son hadisələrlə bağlı yayılan xəbərlər təəssüf doğurur və biz bu məsələni kəskin şəkildə qınayırıq. Hər kəsin qanun qarşısında cavabdeh olduğu şübhəsizdir və günahkarların mütləq cəzasını alacağına inanırıq. Lakin unutmamalıyıq ki, ailədə belə bəzən övladların etdiyi səhvlər valideynin məlumatı xaricində baş verə bilər. Bu baxımdan, hadisəni bütövlükdə dəyərləndirərək obyektiv yanaşma göstərmək lazımdır. Sosial mediada və cəmiyyətdə hadisəyə və Qalib Məmmədova olan ümumi qərəz təəssüf doğrucudur. İnsanlarda olan bu aqresiyyadan bəllidir ki, Qalib Məmmədovun bu günə qədərki yüksək insani xarakter göstəricisi olan əməlləri unudulub.
Qalib Məmmədovun gördüyü böyük işlər və cəmiyyətə verdiyi töhfələr heç zaman unudulmamalıdır. Onun sosial rifaha verdiyi töhfələr, minlərlə insanın həyatına etdiyi müsbət dəyişikliklər onun necə bir şəxsiyyət olduğunu sübut edir. Biz inanırıq ki, həqiqət tezliklə üzə çıxacaq və cəmiyyət bu hadisəyə layiq olduğu obyektiv münasibəti göstərəcəkdir.
Rauf Cəbiyev
"Azinfo.az" saytının rəhbəri
Şərhlər: 0
Şərh yaz