AQTA-da bir sıra yeni təyinatlar olub
Azərbaycan Qida Təhlükısizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə bir sıra kadr dəyişiklikləri həyata keçirilib.
Azinfo.az AQTA-dan APA-ya verilən xəbərə istinadən bildirir ki, Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Əkbər Zamiq oğlu Əliyev vəzifəsindən azad olunaraq Daxili nəzarət və regional bölmələrlə iş sektorunun baş məsləhətçisi vəzifəsinə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun "Analitik Ekspertiza Mərkəzi" departamentinin müdiri Fərid İsgəndər oğlu Əliyev Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri, Qida zəncirinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Şəhla Natiq qızı Yusifzadə isə Agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib.
Müvafiq əmrə əsasən Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdir müavini Nərminə Nəcəf qızı Şabanovaya həmin şöbənin müdiri vəzifəsinin icrası həvalə olunub. Həyata keçirilən kadr islahatları çərçivəsində Agentliyin Bakı Regional bölməsinin rəis müavini Elçin Xurşud oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.
Agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri Hüseyn Abdulla oğlu Abdullazadə isə vəzifəsindən azad edilərək həmin bölmənin İdxal və ixraca nəzarət sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunub.
Şərhlər: 0
Şərh yaz