“Bitki sağlamlığı haqqında” yeni qanun hazırlanır

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, hazırda bu ərazilərin bərpası, fitosanitar vəziyyətinin öyrənilməsi və torpaqların əkin dövriyyəsinə daxil edilməsi istiqamətində intensiv işlər görülməkdədir.
"Gələcəkdə bu ərazilərdə zərərli orqanizmlərdən azad zonaların yaradılması nəzərdə tutulur. Bundan başqa, aparılan islahatlar, müasir çağırışlar nəzərə alınmaqla və beynəlxalq ekspertlərin iştirakı ilə “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsi hazırlanmaqdadır. Bütün bunların Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcəyinə əminliyimizi bildiririk".
Şərhlər: 0
Şərh yaz