Qida subyektində işləyən və tibbi müayinədən keçməyən 106 nəfər işdən kənarlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qida təhlükəsizliyi tələblərinə uyğun olaraq, qida sahəsində fəaliyyət göstərən müəssisələrdə sanitar-gigiyenik vəziyyətin yoxlanılması, həmçinin vətəndaşların sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi ilə bağlı zəruri tədbirlər görülür.
AQTA-dan verilən xəbərə görə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir.
Tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşların qida obyektlərində hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması qida məhsulları vasitəsilə insan sağlamlığında bir sıra fəsadların, o cümlədən mədə-bağırsaq pozuntuları ilə müşayiət olunan halların baş verməsinə, həmçinin qida zəhərlənmələrinə səbəb ola bilər. Eyni zamanda xəstəlik daşıyıcılarından qida vasitəsilə bir sıra dəri və yoluxucu xəstəliklər ötürülə bilər. Bununla əlaqədar qeyd olunan müəssisələrdə bütün işçilərin işə qəbul olunmazdan əvvəl ilkin və ildə bir dəfə dövri tibbi müayinədən keçmələri təmin olunmalıdır.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 2022-ci ilin müvafiq dövrü ərzində AQTA tərəfindən aparılan monitorinqlər zamanı 2134 ictimai iaşə və ticarət müəssisəsində 7573 nəfər işçinin tibbi müayinədən keçmədən işlədiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, məsul şəxslərə dəfələrlə xəbərdarlıq olunaraq icrası məcburi göstərişlər verilsə də, həmin subyektlərin bəziləri tərəfindən nöqsanların aradan qaldırılmadığı, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmadıqları məlum olub. Bu da nəticədə AQTA tərəfindən aparılan planlı və plandankənar yoxlamalar zamanı 29 qida subyektində işləyən və tibbi müayinədən keçməyən 106 nəfərin tibbi müayinədən keçərək sağlamlıq arayışını təqdim edənədək müvəqqəti kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarların qəbul edilməsinə səbəb olub:

№ | Subyektin adı | Keçirilən yoxlamanın növü | Regional bölmə | Fəaliyyət sahəsi | Tətbiq olunan məhdudlaşdırıcı qərarın növü |
1 | Əliyev Kamil Kəniş oğlu | Plandankənar | Gəncə RB | Ət satışı | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
2 | Muradov Pərviz Rafiq oğlu | Planlı | Bərdə RB | “Qar-Qar” kafesi | Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
3 | Aslanov Həzi Əfqan oğlu | Plandankənar | Bərdə RB | Un dəyirmanı | Obliqat qrupuna daxil olan 3 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
4 | Quliyev Nizami Hilal oğlu | Planlı | Bərdə RB | “Mirvari” kafesi | Obliqat qrupuna daxil olan 4 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
5 | Nadirov Orxan Asif oğlu | Planlı | Bərdə RB | Ət satışı | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
6 | Quliyev Çərkəz İlham oğlu | Planlı | Bərdə RB | Ət satışı | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
7 | “Sünbül-2012” MMC | Planı | Salyan RB | Çörək sexi | Obliqat qrupuna daxil olan 21 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
8 | İslamov Məhəmməd Mehralı oğlu | Planlı | Şamaxı RB | Ət satışı | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
9 | Şıxıyev Fərhad Sabir oğlu | Planlı | Şamaxı RB | Yeməkxana | Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
10 | Məmmədova Dinarə Yaqub qızı | Planlı | Şamaxı RB | Ərzaq mağazası | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
11 | Nuriyeva Lalə Allahşükür qızı | Planlı | Şamaxı RB | Ərzaq mağazası | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
12 | Mirzəliyev Ceyhun Firidun oğlu | Planlı | Şamaxı RB | Ərzaq mağazası | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
13 | Xəlilov Ağatalıb Nəcəfqulu oğlu | Planlı | Xaçmaz RB | “Məst Dərgah” restoranı | Obliqat qrupuna daxil olan 14 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
14 | Əlimuradov İntiqam Qənbər oğlu | Planlı | Xaçmaz RB | “Aynur Piknik” restoranı | Obliqat qrupuna daxil olan 7 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
15 | Daşdəmirov Çingiz Fərrux oğlu | Planlı | Şəki RB | “Saf Su” restoranı | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
16 | Salamov Əhməd Teymur oğlu | Planlı | Şəki RB | “Əhməd Haradadır” restoranı | Obliqat qrupuna daxil olan 8 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
17 | Dünyamalıyev Nizami Xəlil oğlu | Planlı | Şəki RB | “Şəki Dastan” restoranı | Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
18 | Səmədov Etibar Əhliyar oğlu | Planlı | Şəki RB | “Aura” çay evi | Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
19 | “Baloğlan” MMC | Planlı | Şəki RB | Çörək sexi | Obliqat qrupuna daxil olan 3 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
20 | Əsgərov Talıb Musa oğlu | Planlı | Şəki RB | İctimai iaşə | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
21 | Şəmçiyev Həşim Cabbar oğlu | Planlı | Şəki RB | “Qədim Nuxa” restoranı | Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
22 | Məmmədov Pərviz Əli oğlu | Planlı | Şəki RB | İctimai iaşə | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
23 | Cananov Mirdamət Sərdar oğlu | Planlı | Şəki RB | Çörək sexi | Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
24 | Abdullayev Ağasəf Mösüm oğlu | Planlı | Şəki RB | “Samir” restoranı | Obliqat qrupuna daxil olan 4 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
25 | Qəhrəmanov Kamil Məhəmmədiyə oğlu | Planlı | Şəki RB | “Dondurma” kafesi | Obliqat qrupuna daxil olan 4 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
26 | Muxtarov Elvin Aydın oğlu | Planlı | Sumqayıt RB | “Royal Castle” restoranı | Obliqat qrupuna daxil olan 8 nəfər işçinin müvəqqqəti kənarlaşdırılması |
27 | “Ukrayna Ticarət Evi” MMC | Planlı | Sumqayıt RB | Topdan satış (anbar) | Obliqat qrupuna daxil olan 5 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
28 | Əliyev İsrail Əli oğlu | Planlı | Sumqayıt RB | Ət dükanı | Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
29 | “Aytən” Kiçik Müəssisəsi | Planlı | Sumqayıt RB | “Palma” restoranı | Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması |
Şərhlər: 0
Şərh yaz