Azinfo » Xəbər » Sosial xəbərlər » Masallı rayon İcra Hakimiyyəti başçısının təyin olunduğu 4 ay müddətində gördüyü işlər.

Masallı rayon İcra Hakimiyyəti başçısının təyin olunduğu 4 ay müddətində gördüyü işlər.

Tarix : 17-11-2022   /   Xəbər / Sosial xəbərlər  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyul 2022 - ci tarixli sərəncamına əsasən Masallı rayonuna İcra Hakimiyyətinin başçısı təyin olunmuş cənab Araz Əhmədov ona göstərilən etimadı şərəflə icra edir. Belə ki, Azinfo.az milli informasiya portalı olaraq, Masallıda gedən bütün prosesləri diqqət mərkəzində saxlamaqla, müşahidələr aparırıq. Əhali arasında sorğular keçiririk. Cənab Araz Əhmədov təyin olunduğu gündən rayonda sözün əsl mənasında bütün istiqamətlərdə islahatlar aparır. Kadr islahatları rayon əhalisi tərəfindən müsbət qarşılanır. Əslində, kadr islahatlarının rayonun inkişafına ciddi təsir edəcəyinə biz də, əminik. Yeni kadr, yeni təkliflər və ideyalar deməkdir.

Ölkə Başçısı Cənab İlham Əliyevin rayon İcra Hakimiyyəti başçılarını təyin etdiyi zaman onlarla görüşü vaxtı  şəhid ailələri, qazilər və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərmələri barədə verdiyi tapşırıqlar da, cənab Araz Əhmədov tərəfindən layiqincə icra olunur.





Masallı rayonuna gələn ilk gündən, cənab Araz Əhmədov şəhər, qəsəbə və kənd qəbristanlıqlarında l Qarabağ və 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin hər birini ziyarət edir.



Cənab Araz Əhmədovun  44 günlük Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin anım tədbirlərində iştirakı, şəhid valideynləri və rayon əhalisi tərəfindən yüksək qiymətləndirilir .




Şəhid anaları, şəhidlərin həyat yoldaşları və şəhid övladlarının hər biri ilə ayrı-ayrılıqda görüşən cənab Araz Əhmədov, onlara həssaslıqla yanaşır və ehtiyacları ilə yaxından maraqlanır.








Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov  Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi geniş miqyaslı təxribatın qarşısını alarkən yaralanmış Masallı rayonundan olan hərbi qulluqçuları ziyarət etmişdir.
Ziyarət zamanı  yaralılar, Köçəkli kənd sakini Şamıyev Əliş Əhməd oğlu, Viləş kənd sakini Hüseynov Ceyhun Fərəməz oğlu, Qarğalıq kənd sakini Məmmədov Rasim Nicat oğlu, Ərəb kənd sakini Qasımov İbarət Məhərrəm oğlu və Qədirli kənd sakini Quliyev Nərməddin Azər oğlunun səhəti ilə maraqlanmış və onları narahat edən məsələlər barədə söhbət aparmışdır
.



RİHB-ın fərqli bir xüsusiyyəti, rayon əhalisi tərəfindən müzakirə mövzusuna çevrilib. Beləki, İHB fiziki qüsurlu, yerimə məhdudiyyətli, yataq xəstəsi olan insanları, evlərinə gedərək ziyarət edir. Onlara diqqət və qayğı göstərir. Üzləşdiyi problemləri ilə maraqlanır. Yerindəcə müvafiq qurumlara tapşırıqlar verir.



Yaşlı nəslin nümayəndələrinə də, cənab Araz Əhmədovun hörmət və ehtiramını rayon əhalisi yüksək qiymətləndirir. Tədbirlərdə, məclislərdə və digər yerlərdə yaşlı nəslin nümayəndələri ilə tək-tək görüşür və onlara da, böyük ehtiramını nümayiş etdirir.



RİHB Ulu Öndər Heydər Əliyevin silahdaşı, Masallı rayonunda Yeni Azərbaycan Partiyasının ilk təşkilatını yaradan Şirvan Əbilovun, elm adamlarının və tanınmış şəxsiyyətlərin məzarlarını ziyarət edib.



06 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Masallı rayon Hüseynhacılı kəndində yaşayış evində baş verən yanğın nəticəsində bir ana və iki övladı olmaqla, bir ailənin 3 üzvünün həyatını itirməsinə səbəb oldu.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov hadisə yerinə gələrək, vəfat edənlərin yaxınları ilə görüşdü.



 Masallı MKTİİ (Mənzil Kommunal Təsərrüfatı İstehsalatı İdatəsi) təyin olunmuş Məhərrəm Əliyev rayonda KT yenidən  quraraq, rayon və kəndlərin məişət tullantılarının vaxtı-vaxtında daşınmasını həyata keçirir. KTİİ işçilərinin günün istənilən vaxtında küçələrin və prospektlərin təmizliyinə cəlb olunduğunun şahidi oluruq. Masallının küçələri əvvəlkindən çox fərqlənir. Çünki, təmiz və səliqəlidir. Məişət tullantıları üçün nəzərdə tutllan qutular yeniləri ilə əvəz olunub.


Rayonda quruculuq və abadlıq işləri sürətlə aparılır. Heydər Əliyev Mərkəzinin ətrafında və parkda yenidənqurma işlərinə start verilmişdir. Bu da insanların, yeniyetmələrin və körpələrin istirahət etməsinin təşkili deməkdir. Bu cür əyləncə və istirahət yerlərinin gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və onların pis vərdişlərdən uzaq olmasına xidmət edəcəyinə əminik.



Bəzi kəndlərdə içməli su ilə bağlı problemlər də, cənab Araz Əhmədovun diqqət mərkəzindədir və bu istiqamətdə işlər aparılmaqdadır. Vətəndaşların içməli su  problemləri dərhal yerindəcə tapşırıqlar verilərək həllini tapır.



Şahidi olduqlarımızdan biri də odur ki , rayon ərazisində yaşayış binalarının dəhlizləri təmir olunur və fasadları rənglənir.  Binaların həyətlərində istahət və azyaşlı uşaqların əyləncə meydançalarında tikilmiş qeyri-qanuni köşklər sökülərək abad-məhəllələr yaradılır.



Masallıda şəhər daxili küçələrdə və döngələrdə yolların təmiri işləri aparılmışdır. Belə ki, şəhərin Cəfər Cabbarlı küçəsində uzunluğu 200 metr eni 3.60 metr olmaqla 720 m2, Dadva küçəsində döngə-2 uzunluğu 210 metr eni 3.60 metr olmaqla 756 m2, Dadva küçəsində döngə -1 küçəsində uzunluğu 240 metr eni 3.80 metr olmaqla 912m2, Həsən Bəy Zərdabi küçəsində uzunluğu 240 metr eni 3.60 metr olmaqla 864 m2, Y.V.Çəmənzəminli küçəsində uzunluğu 100 metr eni 3.60 metr olmaqla 360 m2, S.B.Mehmandarov küçəsində uzunluğu 140 metr eni 3.80 metr olmaqla 532 m2, Ə.B.Hüseynzadə küçəsində uzunluğu 450 metr eni 3.60 metr olmaqla 1620 m2, R.Rza küçəsində uzunluğu 400 metr eni 3.80 metr olmaqla 1520 m2, M.Maqomayev küçəsində uzunluğu 190 metr eni 3.60 metr olmaqla 684 m2, Ç.Mustafayev küçəsində uzunluğu 600 metr eni 3.80 metr olmaqla 2280 m2, Cavad Xan küçəsində uzunluğu 530 metr eni 3.60 metr olmaqla 1908 m2, X. Natavan küçəsində uzunluğu 350 metr eni 3.70 metr olmaqla 1300 m2, M.F.Axundov küçəsində uzunluğu 450 metr eni 3.60 metr olmaqla 1620 m2, Şəhid N.Sultanzadə küçəsində uzunluğu 450 metr eni 3.80 metr olmaqla 1710 m2, M.Hüseyn küçəsində uzunluğu 400 metr eni 3.80 metr olmaqla 1520 m2, Koroğlu küçəsində uzunluğu 600 metr eni 3.60 metr olmaqla 2160 m2, Həsən Əliyev küçəsində uzunluğu 380 metr eni 3.80 metr olmaqla 1444 m2, Ə.B.Topçubaşov küçəsində uzunluğu 600 metr eni 3.60 metr olmaqla 2160 m2, Şəhid Anar Novruzov küçəsində  uzunluğu 700 metr eni 6 metr olmaqla 4200 m2, N.Gəncəvi küçəsində uzunluğu 350 metr eni 4 metr olmaqla 1400 m2, S.Məmmədov döngə-1 küçəsində uzunluğu 200 metr eni 3.60 metr olmaqla 720 m2, Milli Qəhrəman S.Məmmədov döngə-2 küçəsində uzunluğu 150 metr eni 3.60 metr olmaqla 540 m2, A.A.Bakıxanov küçəsində uzunluğu 210 metr eni 3.80 metr olmaqla 798 m2, Z.Adıgözəlov küçəsində uzunluğu 160 metr eni 3.80 metr olmaqla 608 m2, Şəhid M.İbrahimov küçəsində uzunluğu 125 metr eni 3.80 metr olmaqla 475 m2, Şəhid Vüsal Hadıyev küçəsində uzunluğu 90 metr eni 3.60 metr olmaqla 324 m2, M.C.Paşayev küçəsində uzunluğu 400 metr eni 3.80 metr olmaqla 1520 m2, Y.Mehdiyev küçəsində uzunluğu 240 metr eni 3.60 metr olmaqla 864 m2, C.Məmmədquluzadə küçəsində uzunluğu 500 metr eni 4 metr olmaqla 2000 m2 asfalt örtüyü və uzunluğu 400 metr eni 4 metr olmaqla 10 sm qalınlıqda qum-çınqıl tökülərək hamarlanmışdır. 

Əlavə olaraq şəhərin M.Ə.Sabir, Z.Əliyeva, Ə.B.Topçubaşov, R.Behbudov və Koroğlu küçəsində döngə 1 istiqamətində 5 şaqman qum-çınqıl materialı verilərək texnika vasitəsilə hamarlanmışdır.

 Beləliklə Masallı şəhər ərazisində ümumilikdə uzunluğu 9.65 km olan 29 küçəyə 37519 m2 asfalt örtüyü döşənmiş və 6 küçəyə qum-çınqıl materialı verilərək texnika vasitəsilə hamarlanmışdır.



Rayon mərkzində yolların təmir olunma işləri kənd və qəsəbələrdə də aparılmaqdadır.


Həftənin 5- ci ( Cümə günü) günləri RİHB vətəndaşların qəbulunu həyata keçirir. Hər dəfə qəbula gələnlərin saynın 70 - 80 nəfərdən çox olduğunu müşahidə edirik. Qəbuldan çıxan vətəndaşlarla söhbət apardıqda, onların qaldırdığı problemlərin yerində həlli istiqamətində müvafiq tapşırıqların verildiyini, bir çoxu isə, üzləşdiyi problemlərin yerindəcə həll olduğunu bildirirlər.



Hava şəraitini, gedəcəyi kəndin relyefini nəzərə almadan, RİHB kəndlərdə vətəndaşların səyyar-görüş qəbulunu keçirir. Burada da, eyni qaydada vətəndaşların problemləri ilə yaxından tanış olur və həlli istiqamətində yerindəcə tapşırıqlar verir.


Təhsilə , önəm verən RİHB məktəblərdə olur. Təhsilin səviyyəsi, təhsil ocağının şəraiti ilə də, maraqlanır. Məktəb rəhbərləri, müəllimlər və şagirdlərlə həmsöhbət olur.


Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov idmançılara da diqqət və qayğı ilə yanaşır. Müxtəlif Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev, Arif Arif oğlu Niftullayev və digərləri ilə də görüşüb.




Rayonda ehtiyaclı insanlara, əlillərə də, xüsusi diqqət və qayğı göstərən cənab Araz Əhmədov onların ehtiyaclarını təmin etmək məqsədi ilə öz imkanlarından maksimum dərəcədə istifadə edir. Belə ki, bir müddət öncə 68 yaşlı l qrup əlil bir qadının əlil arabası GYF tərəfindən təmin olundu. İstirahət günü və axşam saatları olmasına baxmayaraq, cənab Araz Əhmədovun GYF-ın Masallı rayonuna ezam olunmuş nümayəndəsini şəxsən qəbul etməsinin də ,şahidi olduq.



Masallı rayonunda kənd təsərrüfatına da, xüsusi diqqət və qayğı göstərən cənab Araz Əhmədov kənd təsərrüfatının inkişafına töhfələr verməkdədir. Rayonda çayçılıq,heyvandarlıq, sitrus bağları, tərəvəz, çəltik, buğda, arpa, çovdar və s. əhalinin əsas məşğuliyyətlərindəndir.




Rayonunun, qəsəbələrin və kəndlərin elektrik təsərrüfatı yenilənir. Bu istiqamətdə də, işlər sürətlə davam etdirilir.
Elektrik şəbəkəsindən aldığımız məlumatda bildirilir ki, hazırda işlər Məmmədxanlı kəndində davam etdirilir.Energetiklər burada 37 ədəd on kilovoltluq, 10804 dayaq basdırmış, iki yeni transformator qoymuş və kabelləşməyə başlamışlar.

Rayonun  başqa ərazilərində  isə qışa hazırlıqla əlaqədar transformatorlar  təmir edilir.



Ötən il yağan intensiv yağışlar səbəbindən, rayonun əksər kəndləri subasmadan əziyyət çəkdi. Təsərrüfatlara, evlərə,yardımçı tikililərə ciddi ziyan dəydi. Cənab Araz Əhmədov təyin olunduğu gündən, rayon ərazisindən keçən çayların və suötürücü kanalların lil və torpaq qatlarından təmizlənməsinə sərəncam vermişdir. Rayonun bütün kəndlərində sözügedən işlər aparılmaqdadır. Cənab Araz Əhmədov görülən işlərə özü şəxsən nəzarət edir.





Yaşıllaşdırma müəsisəsi rayon ərazisində yaşıllıqların salınmasını həyata keçirir.  Rayonda mütəmadi olaraq ağacəkmə kompaniyası  təşkil olunur. Sözügedən tədbirdə də, RİHB-ın iştirak etdiyinin dəfələrlə şahidi olmuşuq.



RİHB-ın tapşırığına əsasən hər həftənin şənbə günü rayonunun bütün ərazilərində,kənd və qəsəbələrində iməcilik günü keçirilir. Yol kənarları təmizlənir və ağaclar əkilir.


Masallı şəhəri Səfəralı Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişdiyi ünvanda Fövqəladə Hallar Nazirliyinin sərəncamına əsasən qanunsuz tikili söküldü . Həmin yerdə çox qürurverici bir xəbərdarlıq panosu ilə qarşılaşdıq. Yazıda qeyd edilib ki , həmin yerdə "8 Noyabr Zəfər günü" memorial kompleksi inşa ediləcəkdir.

Bu qürur hissini hər birimizə yaşatdığı üçün Aili Baş Komandan cənab İLham Əliyevə, Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova təşəkkürümüzü bildiririk.

Ərazidə olduğum zaman , sakinlərlə ünsiyyətdə oldum. Onlar da bu addım üçün cənab İlham Əliyevə və cənab Araz Əhmədova nə qədər minnətdar olsalar , az olacağını bildirdilər. 

Şəhid valideynləri isə bu qərarı qürur hissi və gözyaşları ilə qarşıladılar...



Son olaraq qeyd etmək istəyirəm ki, Ali Baş Komandan cənab İlham Əliyevin Masallı rayonuna təyin etdiyi İcra Başçısı cənab Araz Əhmədov, ömrünün çox hissəsini Azərbaycan dövlətinin və millətinin təhlükəsizliyinə həsr etmiş bir şəxsiyyətdir. Masallı rayonunda əvvəllərdə işlədiyi üçün əhalinin psixologiyasına, bacarığına və adət-ənənələrinə bələddir.

Masallı rayonuna təyin olunduğu gündən, rayonda şəffaflığı təmin etməyə nail olmuşdur.  Biz rayon sakinləri və media nümayəndələri olaraq əminik ki, cənab Araz Əhmədov adını Masallı tarixinə qızıl hərflərlə yazacaq. Biz Masallılılar onun rayonumuzda həyata keçirtdiyi İnfrastruktur layihələri, qurub-yaratdığı işləri, yenidən quraraq, təmir etdirdiyi parkları və abidələri görəndə öz dualarımızı əsirgəməyəcəyik.

 
İşləriniz uğurlu olsun, cənab Başçı. 

Allah yar və yardımçınız olsun !


Rauf Cəbiyev.


Şərhlər: 0

Şərh yaz