Xankəndi-Laçın yolunda etirazlar on yeddi gündür davam edir
![](https://apa.az/storage/news/2022/december/28/big/63abc3fba00c963abc3fba00ca167220121163abc3fba00c563abc3fba00c7.jpg)
Aksiya iştirakçıları artıq on yeddinci gündür etirazlarını davam etdirirlər. Müxtəlif şüarlar səsləndirən aksiyaçılar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar. Daha sonra aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirərək davam ediblər.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.
Şərhlər: 0
Şərh yaz