Azinfo » Xəbər » Sosial xəbərlər » BŞTİ: Fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək

BŞTİ: Fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək

Tarix : 01-02-2023   /   Xəbər / Sosial xəbərlər  
Seritifikatlaşdırmadan keçən müəllimlərə yanvar ayında əlavələrin əməkhaqqıları ilə birgə köçürülməməsinə aydınlıq gətirilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, müəllimlərin əməkhaqqında heç bir dəyişiklik olmayıb.

"İlin əvvəli elektron sistemdə müvafiq məlumatların emalı prosesi ilə bağlı fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək" - deyə bildirilib.

Qeyd edək ki, bəzi müəllimlər maaşlarının kəsildiyini iddia ediblər.

Şərhlər: 0

Şərh yaz