Azinfo » Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb

Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb

Tarix : 18-09-2024   /   ---  

Azərbaycanda 2030-cu ilə qədər yeni yaşıl enerji istehsalı güclərinin istifadəyə verilməsi nəticəsində elektrik enerjisi istehsalında 1,2 milyard kubmetr təbii qaza qənaət ediləcək.

Azinfo.az xəbər verir ki, bu barədə 12-ci Beynəlxalq “Caspian Energy Forum”da energetika nazirinin müavini Orxan Zeynalov məlumat verib.

Zeynalovun sözlərinə görə, yaşıl enerji istehsalının genişlənməsi ilə 2027-ci ildə 800 milyon kubmetr təbii qaza qənaət olunacaq. Qənaət edilən qazın böyük bir hissəsi ixrac üçün istifadə ediləcək.

O əlavə edib ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında alternativ və bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı hədəfləyir. Ancaq görülən işlər nəticəsində bu göstəricinin daha yüksək olacağı gözlənilir. Belə ki, 2027-ci ilə bu nisbətin 32,5%-ə, 2030-cu ilə isə 35%-ə yüksələcəyi proqnozlaşdırılır.

Şərhlər: 0

Şərh yaz