Azinfo » Bakıda restoranın lifti qırılıb, 2 nəfər xəsarət alıb

Bakıda restoranın lifti qırılıb, 2 nəfər xəsarət alıb

Tarix : 05-04-2022   /   Hadisə  

Bakıda yerləşən restoranlardan birinin lifti qırılıb.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov xəsarət alıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Səbail rayonu ərazisindəki restoranlardan birindən 2 nəfərin xəsarət alması ilə bağlı çağırış olub.

Müxtəlif travmalarla hər iki şəxs Təcili Yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, xəsarət alan şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Şərhlər: 0

Şərh yaz