Azinfo » Azərbaycanın “Avroviziya” təmsilçisi: “Əksər yarışmalardan qalib ayrılmışam”

Azərbaycanın “Avroviziya” təmsilçisi: “Əksər yarışmalardan qalib ayrılmışam”

Tarix : 06-04-2022   /   ---  

Nadir Rüstəmli: “Avroviziya” mənim uşaqlıq arzum olub"
“Avroviziya-2022”nin Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin  müsahibəsi

“Bu oğlan ulduz olacaq”. Universitet vaxtı Nadir haqqında bu sözü tez-tez deyirdilər. Bu, o vaxt idi ki, onu təkcə müəllimləri və biz universitet yoldaşları tanıyırdıq. Bu gün isə onu az qala bütün Azərbaycan tanıyır. Ümid edək ki, “Avroviziya”dakı çıxışı onu dünyaya tanıdacaq.
– Nadir, 22 yaşda şöhrəti daşımaq çətin deyil?
– Çətin olmur deyə bilmərəm, əlbəttə ki, çətin olur. Düzdür, şöhrəti tam hiss etmirəm, çünki hələ istədiyim səviyyəyə çatmamışam. İnanıram ki, o səviyyəyə də çatacağam. Ümumiyyətlə, düşünürəm ki, şöhrətin gətirdiyi hislərlə bacarmaq çox çətindir, ancaq mən bunun öhdəsindən gəlirəm.

Şərhlər: 0

Şərh yaz