Masallı rayon İcra Hakimiyyəti başçısının təyin olunduğu 2 il ərzində gördüyü işlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyul 2022 - ci tarixli sərəncamına əsasən Masallı rayonuna İcra Hakimiyyətinin başçısı təyin olunmuş cənab Araz Əhmədov ona göstərilən etimadı doğruldaraq , vəsifəsini şərəflə icra edir. Belə ki, Azinfo.az milli informasiya portalı olaraq, Masallıda gedən bütün prosesləri diqqət mərkəzində saxlamaqla, müşahidələr aparırıq. Əhali arasında sorğular keçiririk. Cənab Araz Əhmədov təyin olunduğu gündən rayonda sözün əsl mənasında bütün istiqamətlərdə islahatlar aparır.
Ölkə Başçısı Cənab İlham Əliyevin rayon İcra Hakimiyyəti başçılarını təyin etdiyi zaman onlarla görüşü vaxtı şəhid ailələri, qazilər və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərmələri barədə verdiyi tapşırıqlar da, cənab Araz Əhmədov tərəfindən layiqincə icra olunur.
Masallı rayonuna gələn ilk gündən, cənab Araz Əhmədov şəhər, qəsəbə və kənd qəbristanlıqlarında l Qarabağ və 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin hər birini ziyarət edir.
Cənab Araz Əhmədovun 44 günlük Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin anım tədbirlərində iştirakı, şəhid valideynləri və rayon əhalisi tərəfindən yüksək qiymətləndirilir .
Şəhid anaları, şəhidlərin həyat yoldaşları və şəhid övladlarının hər biri ilə ayrı-ayrılıqda görüşən cənab Araz Əhmədov, onlara həssaslıqla yanaşır və ehtiyacları ilə yaxından maraqlanır.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi geniş miqyaslı təxribatın qarşısını alarkən yaralanmış Masallı rayonundan olan hərbi qulluqçuları ziyarət etmişdir.
Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədov şəhidlərin dəfn mərasimində iştirak edib.Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin və müharibə iştirakçılarının MRXPHŞ-də tibbi müayinə və müalicəsi, dərman preparatları ilə təmin olunması daim diqqətdə saxlanılır.
Eyni zamanda Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi zamanı sağlamlığını itirmiş şəxslərə maddi və digər yardımlar olunur, şəhidlərin il dönümlərində və digər əlamətdar günlərdə şəhid ailələrinə və yaralı hərbiçilərə baş çəkilir maddi və digər yardımlar olunur.
2024-cü ilin əvvəlindən hazırki dövrədək ümumilikdə şəhid ailələrinə, Vətən müharibəsi zamanı sağlamlığını itirmiş şəxslərə və müharibə iştirakçılarına 30250 (otuz min iki yüz əlli) manat maddi yardım, eyni zamanda ərzaq yardımı edilmişdir. Bu prosses davam etdirilir.
Əlavə olaraq bildiririk ki, Vətən müharibəsi bitdikdən sonra bu günkü günə kimi imtiyazlı şəxslərə ümumilikdə 403240 manat məbləğində maddi yardımlar edilmişdir və bu prosses davam etdirilir.
2024-cü ilin 8 mart Beynəlxalq Qadınlar günündə şəhid analarına, şəhidlərin həyat yoldaşlarına və qız övladlarına pul yardımları edilmişdir. Yeni il, Novruz, Ramazan və Qurban bayramlarında bütün şəhid ailələri ziyarət edilir və ərzaq yardımları edilmişdir. 2024-cü il Ramazan bayramında 2 dəfə iftar süfrəsi təşkil edilərək şəhid ailə üzvləri və bir qrup müharibə iştirakçıları dəvət edilmişdir.
Şəhid ailələri ilə görüşülür onları narahat edən problemlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmiş və problemlərinin bir hissəsi yerindəcə həll edilir.
Şəhid ailələri və müharibə iştirakçıları ümumrayon tədbirlərinə dəvət edilir və onların iştirakı təmin edilir. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə iştirakçılarına mütəmadi olaraq maddi yardım və ya ərzaq yardımları edilir və onların problemləri ilə maraqlanılır.
Şəhid adları daşıyan küçələrə asfalt örtük vurularaq əsaslı təmir edilir və bu prosses davam etdirilir. Ümumilikdə 70 şəhid adına olan küçələrə 80000 kv.m (orta hesabla 1 000 000 manat) asfalt örtük vurularaq əsaslı təmir edilmişdir.
19 sentyabr 2023-cü il tarixdə 23 saat davam edən antiterror əməliyyatları zamanı Masallı rayonundan şəhid olmuş 8 nəfərdən 6-sı Masallı rayonunda dəfn edilmişdir. 6 şəhidin məzar daşı qoyulmuş, bunun üçün hər bir məzar daşına 6600 (altı min altı yüz) manat vəsait ayrılmışdır. 3, 7 və 40 mərasimlərində iştirak edilmiş, maddi yardım göstərilmiş və onların sosial problemləri ilə maraqlanılmışdır. Antiterror əməliyatları zamanı yaralanmış 12 hərbi qulluqçu həm müalicə aldıqları tibb müəssisəsində həm də yaşadıqları ünvanda ziyarət edilərək onlara maddi yardım göstərilmişdir.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən bir qismi qeydiyyat ünvanlarını dəyişdiklərinə görə Masallı Rayon İcra Hakimiyyətində mənzil növbəsi qeydiyyatından çıxaraq Bakı şəhər qeydiyyatına köçürülür və Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilirlər. Belə ki, 38 şəhid ailəsinin mənzil növbəsi Bakı şəhərinə və ətraf rayonlara köçürmə edilmiş və 8 şəhid ailəsi Bakı və Sumqayıt şəhərlərində mənzillə təmin edilmişdir, müharibə əlillərindən 30-u Bakı şəhərinə köçürmə edilmiş və 8 müharibə əlili Bakı və Sumqayıt şəhərlərində mənzillə təmin edilmişdir.
Ümumilikdə 2022-ci ilin avqust ayından hazırki dövrə kimi şəhid ailələrinə və Müharibə iştirakçılarına ümumilikdə 210000 (iki yüz on min) manatdan artıq vəsait ayrılmışdır.
Şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar 9 şəhid ailəsinin yaşadığı fərdi yaşayış evləri Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına təmir edilmişdir. 2 Vətən müharibəsinin əlillərinə fərdi yaşayış evləri tikilmişdir. Belə ki, 2022-ci ildən hazırki dövrə kimi Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə 5 şəhid ailəsinə fərdi yaşayış evi tikilmiş və ailələrin istifadəsinə verilmişdir.
RİHB-ın fərqli bir xüsusiyyəti, rayon əhalisi tərəfindən müzakirə mövzusuna çevrilib. Beləki, İHB fiziki qüsurlu, yerimə məhdudiyyətli, yataq xəstəsi olan insanları, evlərinə gedərək ziyarət edir. Onlara diqqət və qayğı göstərir. Üzləşdiyi problemləri ilə maraqlanır. Yerindəcə müvafiq qurumlara tapşırıqlar verir.
Ötən il rayonun Banbaşı kəndindən olan gözdən əlil və talassemiya daşıyıcısı olan ailə üçün RİH daxili imkanları hesabına yaşayış evi tikilərək, tam təmir olunmuş ,bütün mebel və avadanlıqlarla təchiz olunmuş və onların istifadəsinə verilmişdir.
Yaşlı nəslin nümayəndələrinə də, cənab Araz Əhmədovun hörmət və ehtiramını rayon əhalisi yüksək qiymətləndirir. Tədbirlərdə, məclislərdə və digər yerlərdə yaşlı nəslin nümayəndələri ilə tək-tək görüşür və onlara da, böyük ehtiramını nümayiş etdirir.
Rayonda quruculuq və abadlıq işləri sürətlə aparılır. Heydər Əliyev Mərkəzinin ətrafında , həmin parkda , Şah İsmayıl Xətai parkında yenidənqurma işləri aparılmışdır. Daha sonra Ağsaqqallar Evi köçürülərək ,yeni ünvanda fəaliyyətə başlamışdır. Bu da insanların, yeniyetmələrin, körpələrin və yaşlı nəslin istirahət etməsinin təşkili deməkdir. Bu cür əyləncə və istirahət yerlərinin gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və onların pis vərdişlərdən uzaq olmasına xidmət etdiyinə əminik. Rayonun bütün gecə işıqlandırma sistemləri yeniləriylə əvəz olunur. Eyni zamanda , sakinlərin piyada hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə , yol kənarında səkilər və hasarlar yenilənir və inşa edilir.
Bəzi kəndlərdə içməli su ilə bağlı problemlər də, cənab Araz Əhmədovun diqqət mərkəzindədir və bu istiqamətdə işlər aparılmaqdadır. Vətəndaşların içməli su problemləri dərhal yerindəcə tapşırıqlar verilərək həllini tapır. Qeyd edək ki rayon ərazisində 7 ədəd artezian quyusu qazılmışdır.
Şahidi olduqlarımızdan biri də odur ki , rayon ərazisində yaşayış binalarının dəhlizləri təmir olunur və fasadları rənglənir. Binaların həyətlərində istahət və azyaşlı uşaqların əyləncə meydançalarında tikilmiş qeyri-qanuni köşklər sökülərək abad-məhəllələr yaradılır.
Masallı rayon şəhər, qəsəbə və kəndlərində yolların əsaslı təmiri və bərpası işləri də bu müddət ərzində aparılmışdır. Ümumilikdə sözügedən yerlərdə 99460 metr asfalt döşənmiş, 136565 metr şeben və 59772 metr qrabil tökülərək yolların hərəkətə yararlı olması təmin edilmişdir. Qeyd edək ki , 51000 əhalinin istifadəsində olan və istifadəçilərinə çətinliklər yaradan 38 km Ləngan,Əhmədli,Təklə-Viləş,Təklə-Mollahəsənli,Həsənli-Köçəkli,Bala Təklə-Şərəfə,Qədirli-Xallıcallı, Hüseynhacılı-Öncəqala yolu genişləndirilərək , tam təmir olunmuş və əhalinin istifadəsinə verilmişdir. Rayonun ucqar dağ relyefli Dico və Ulum kəndlərinə qayalar yarılaraq ağır texnikalar vasitəsilə 6 km yol çəkilmişdir. Nəzərinizə çatdırırıq ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq , sözügedən kəndlərdə eleklrik enerjisi və rabitə şəbəkəsi mövcud olmamışdır. Bu məsələ də yaxın zamanda həllini tapması üçün Nazirlər Kabineti yanında məsələ qaldırılmışdır.
Rayon İcra Hakimiyyəti başçısı həftənin 3-cü (Çərşənbə) günləri ərazilərdə, həftənin 5-ci (Cümə) günü isə RİH inzibati binasında vətəndaşların qəbulunu həyata keçirir. Qəbuldan çıxan vətəndaşlarla söhbət apardıqda, onların qaldırdığı problemlərin yerində həlli istiqamətində müvafiq tapşırıqların verildiyini, bir çoxu isə, üzləşdiyi problemlərin yerindəcə həll olduğunu bildirirlər.
Hava şəraitini, gedəcəyi kəndin relyefini nəzərə almadan, RİHB kəndlərdə vətəndaşların səyyar-görüş qəbulunu keçirir. Burada da, eyni qaydada vətəndaşların problemləri ilə yaxından tanış olur və həlli istiqamətində yerindəcə tapşırıqlar verir.
Təhsilə, idmana önəm verən RİHB məktəblərdə olur. Təhsilin səviyyəsi, təhsil ocağının şəraiti ilə də, maraqlanır. Məktəb rəhbərləri, müəllimlər və şagirdlərlə həmsöhbət olur. Həmçinin , rayon ərazisində iki il ərzində ümumilikdə 3 məktəb və 2 baxça tikilmiş , 22 məktəb və 5 baxça təmir edilmişdir. Rayonun Köhnə Zuvand kəndində təhsilalanların və müəllimlərin qış aylarında üzləşdikləri ən böyük problemlərdən biri dağ relyefli ərazidə yerləşən məktəbə getmək idi. Lakin bu problem də 300 pilləlik "təhsil pilləkəni" sayəsində aradan qaldırılmışdır.
Masallı rayonunda kənd təsərrüfatına da, xüsusi diqqət və qayğı göstərən cənab Araz Əhmədov kənd təsərrüfatının inkişafına töhfələr verməkdədir. Bu məqsədlə mütəmadi olaraq , fermerlər və təsərrüfat sahibləri ilə müşavirələr keçirir. Rayonda çayçılıq,heyvandarlıq, sitrus bağları, tərəvəz, çəltik, buğda, arpa, çovdar və s. əhalinin əsas məşğuliyyətlərindəndir.
2023-cü ildə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 576619,8 min manat təşkil etmiş və əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz artmışdır. Məhsul buraxılışının həcmi meşə təsərrüfatı və balıqçılıq sahəsində 3,1 faiz, sənaye sahəsində 29,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 23,1 faiz, informasiya və rabitə sahəsində 33,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 0,3 faiz artmış, tikinti sahəsində isə 34,4 faiz olmuşdur.
2024-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının ümumi dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artaraq 145851,1 min manat olmuşdur ki, onun da 88436,0 min manatı və ya 60,6 faizi bitkiçilik məhsullarının, 57415,1 min manatı və ya 39,4 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
2024-cü il yanvar-iyun ayları ərzində dənli (çəltik istisna olmaqla), paxlalı və yağlı bitkilər üzrə 10674,5 hektar sahədən 25406,5 ton məhsul yığılmışdır. Buğda sahəsinin 7459,0 hektarından 18200,0 ton, arpa sahəsinin isə 2966 hektarınndan 6614,2 ton (əvvəlki ilin müvafiq dövründən 398,2 ton və ya 6,4 faiz çox) məhsul yığılmışdır. Buğda üzrə məhsuldarlıq 24,4 sent/ha, arpa üzrə isə məhsuldarlıq 22,3 sent/ha olmuşdur.
Tərəvəz bitkiləri üzrə 2003,0 hektar əkin sahəsindən 1944,5 hektarı yığılmış və ondan 40114,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 1100,2 ton və ya 2,8 faiz çoxdur.
Kartof bitkisi üzrə 911,0 hektar sahədən 16033,6 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 140,8 ton və ya 0,9 faiz çoxdur.
Bostan bitkiləri üzrə 317,0 hektar sahədən 2132,8 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 45,1 ton və ya 2,2 faiz çoxdur.
Yem bitkiləri üzrə 3262,0 hektar əkin sahəsindən 12069,4 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 1357,9 ton və ya 12,7 faiz çoxdur.
Meyvələr üzrə 602,3 hektar əkin sahəsindən 300,9 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 9,4 ton və ya 3,2 faiz çoxdur.
Giləmeyvələr üzrə 294,0 hektar əkin sahəsindən 1659,8 ton məhsul götürülmüşdür.
Yaşıl çay yarpağı üzrə isə 109,5 hektar əkin sahəsinin 50,0 hektarından 22,3 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 9,3 ton və ya 71,5 faiz çoxdur.
2022-2023-cü illərdə hüquqi şəxslərdə 649 yeni iş yerləri açılmışdır. Yeni açılmış iş yerlərinin hamısı daimi iş yerləridir. 2024-cü ilin yanvar-iyun aylarında isə 161 iş yeri açılmışdır.
Barama istehsalı 2024-cü ildə 3886 kq istehsal edilmişdır.
Tütün bitkisi üzrə məhsul istehsalı 29,3 ton olmuşdur.
Rayonunun, qəsəbələrin və kəndlərin elektrik təsərrüfatı yenilənir. Bu istiqamətdə də, işlər sürətlə davam etdirilir.
Elektrik şəbəkəsindən aldığımız məlumatda bildirilir ki, son 2 ildə ümumilikdə 1656 ədəd elektrik dirəyi dəyişdirilərək yenisi ilə əvəz olunub. Rayonun fərqli yerlərində 42 transformator dəyişdirilib , 40 ədəd yeni transformator quraşdırılıb. 24 yaşayış məntəqəsində SİP kabelləşmə həyata keçirilib.
Eyni zamanda rayonun rabitə və internet xəttlərində də bir sıra işlər aparılmışdır. Belə ki , 90 yaşayış məntəqəsində GPON layihəsi icra olunmuşdur. 246 ədəd rabitə dirəyi dəyişdirilmişdir və 10970 metr rabitə xətti yenilənmişdir.
2022-ci ilə qədər yağan intensiv yağışlar səbəbindən, rayonun əksər kəndləri subasmadan əziyyət çəkdi. Təsərrüfatlara, evlərə,yardımçı tikililərə ciddi ziyan dəyirdi. Cənab Araz Əhmədov təyin olunduğu gündən, rayon ərazisindən keçən çayların və suötürücü kanalların lil və torpaq qatlarından təmizlənməsinə sərəncam vermişdir. Rayonun bütün kəndlərində sözügedən işlər aparılmışdır. Bunun nəticəsidir ki, son illərdə yağan aramsız yağışlar zamanı rayon ərazisində subasma halları müşahidə olunmamışdır.
Yaşıllaşdırma müəsisəsi rayon ərazisində yaşıllıqların salınmasını həyata keçirir. Rayonda mütəmadi olaraq ağacəkmə kompaniyası təşkil olunur. Sözügedən tədbirdə də, RİHB-ın iştirak etdiyinin dəfələrlə şahidi olmuşuq.
RİHB-ın tapşırığına əsasən hər həftənin şənbə günü rayonunun bütün ərazilərində,kənd və qəsəbələrində iməcilik günü keçirilir. Yol kənarları təmizlənir və ağaclar əkilir. Son 2 il ərzində ümumilikdə 12668 ağac əkilmişdir. Əlavə olaraq , rayon ərazisində 18 ədəd zibil poliqonu tikilib və 1223 ədəd zibil qutusu yerləşdirilib. Masallı rayonunda yerləşən mərkəzi məişət tullantıları poliqonunda hökm sürən antisanitar vəziyyət qısa müddət ərzində həllini tapmışdır. 400 m uzununda, 10 m enində və 7 m hündürlüyündə ərazi məişət tullantılarından basdırılaraq təmizlənmiş və yerinə gül-çiçək kolları əkilmişdir. Hal-hazırda sözügedən ərazidə əvvəlki vəziyyətdən əsər əlamət qalmamışdır. Adı məişət tullantıları poliqonu olmasına baxmayaraq ərazidə zərrə qədər də pis qoxu hiss edilmir.
Araz Əhmədovun təşəbbüsü ilə sözügedən və haqqında məlumat əldə edə bilmədiyimiz bir çox layihə vardır ki , rayonun xeyriyyəçiləri bunlara vəsilə olmuşdur . Onlara da təşəkkürümüzü bildiririk.
Rauf Cəbiyev
Azinfo.az saytının rəhbəri
Şərhlər: 0
Şərh yaz