İstedad Sorağında - Günel Vahabzadə
İstedad sorağında
Olimpiadaların təşkili, istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasında Fuad Qarayev və komandasını təbrik edirəm. Doğrudan da şagirdlərimizin ildən-ilə əldə etdikləri uğurların sayı artmaqdadır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif səpgili layihələr, olimpiadalar və bilik yarışları məhz bizə neçə-neçə yüksək bilik və bacarığa, istedada malik olan yeniyetmə və gənclərimizi tanıtdırıb. Sevindirici haldır ki, son illər bölgələrdən olan şagirdlər həmin müsabiqələrdə uğurlu nəticələri ilə seçiliblər. Bu isə düzgün və planlı şəkildə görülmüş işlərin, həmçinin istər mərkəz olsun, istərsə də əyalətlərdə olsun heç bir şagirdin diqqətdən kənarda qalmadığının göstəricisidir. Respublika Fənn Olimpiadalarında qalib olan şagirdlər üçün Ali məktəblərə müsabiqədənkənar qəbul olma imkanı, həmçinin bir çox nüfuzlu ali məktəblərdən gələn təkliflər, onlar üçün böyük bir stimul olmuşdur. Məktəblilərimizin Beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışının təmin edilməsi məqsədi ilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzləri yaradılmış və ölkəmizi beynəlxalq olimpiadalarda uğurla təmsil edən, yüksək nəticələr göstərən şagirdlərimizin dünya üzrə reytinqli universitetlərə bir-birinin ardınca qəbul olması heç də təsadüfi deyildir. Əməyi keçən hər kəsə təşəkkür edir, uğurlar arzu edirəm.
Günel Vahabzadə
S.C.Pişəvəri adına Respublika humanitar fənnlər gimnazıyasının direktor müavini
Şərhlər: 0
Şərh yaz