Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində "Peşə könüllüsü" layihəsinin bağlanış mərhələsi baş tutub.

Azərbaycan Gənclər Fondunun "İdeyanı reallaşdır-2023" qrant müsabiqəsinin qalibi olan "Peşə könüllüsü" layihəsi çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri üçün 2 fazadan ibarət təlim sessiyası təşkil olunub.
Təlimçi Orxan Əliyevin Təqdimatında keçirilən təlimlərdə könüllülük prinsipi, könüllü dəyərləri, peşə könüllüsü modeli" mövzularından danışılıb, qrup işləri icra olunub.
Ümumillikdə 40 gəncin iştirak etdiyi layihə
“Yaşıl dünya naminə peşə” adlı tədbir ilə yekunlaşıb.
Tədbirdə Peşə Mərkəzin rəhbərliyi, müəllimlər və layihə iştirakçıları iştirak edib.
Sonda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində mərkəzin ərazisində 25 ağac əkilib və təmizlik işləri həyata keçirilib.




Şərhlər: 0
Şərh yaz
