Azinfo » Bloq » Köşə yazıları » Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətləri - Foto

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətləri - Foto

Tarix : 09-04-2022   /   Bloq / Köşə yazıları  
Masallı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində 
Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərinə dair məlumatlandırma , ölkədə və Masallı rayonunda baş verən proseslərin şərh edilməsi və maarifləndirmə işlərinin gücləndrilməsi istiqamətində rayon ziyalıları,  alimləri , politoloqlar , ağsaqqallar , qazilər , rayonun gənc aktivləri və digər nüfuzlu şəxslərdən ibarət bir qrup rayon əhalisiylə görüş keçirilib.

Görüşün əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüşü rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova açıq elan edərək , Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı olan İlham Əliyevin uğurlu siyasətini təhlil edərək , günümüzdə xalqımızın bu siyasətdə rolunu vurğuladıqdan sonra , YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi abadlıq və quruculuq işləri , tarixi zəfərdən sonra ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları , əldə olunmuş nailiyyətlər,  habelə bu siyasətin prioritet istiqamətləri barədə məlumatlandırıcı çıxış edib.
Görüşdə şəhid Nurlan və İntiqam Əsgərli qardaşlarının anası Ziba xanım və şəhid Rəfail Hüseynovun atası Teymur Hüseynov çıxış edib. Onlar , dövlət başçısı İlham Əliyevin şəhid ailələrinə qarşı olan xüsusi qayğısını hər zaman hiss etdiklərini və hər zaman ona dəstək olacaqlarını vurğuladılar.

Daha sonra , ağsaqqal ziyalı Qardaş Fətullayev,  veteranlar şurası sədri Məmmədağa Şiriyev və "Azinfo.az" milli xəbər portalının baş direktoru Rauf Cəbiyev çıxış edərək , öz növbələrində ölkədə baş verən müsbət mənada dəyişikliklərə və inkişaf siyasətinə münasibtlərini bildirmişlər.
Son olaraq , Masallı əhalisinə müraciət edilərək , onların Ali baş Komandanın ətrafında sıx birləşərək , bu inkişaf yolunda onun yanında olmağa çağırış edilib.






Şərhlər: 0

Şərh yaz