Azinfo » Bloq » Köşə yazıları » Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur

Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur

Tarix : 14-04-2022   /   Bloq / Köşə yazıları  

  Postmüharibə dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışarkən, əlbəttə ki, ölkəmizin beynəlxalq təşkilatlarla təmasları və fəal əməkdaşlığı xüsusi qeyd olunmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev aprelin 12-də keçirilmiş və bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışında bu məsələyə xüsusi diqqət yetirərək bildirib ki, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul edilməsi Azərbaycanın böyük uğurudur. Əlbəttə ki, bu baxımdan BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi çox əlamətdar hadisə idi. Bu, bir daha sübut edir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Həmçinin etriaf olunmalıdır ki, ölkəmiz BMT-yə üzv olandan sonra işğal dövründə BMT və qurumun Təhlükəsizlik Şurası Azrbaycanın xeyrinə bir neçə ədalətli qərarlar qəbul etmişdilər. Lakin bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qaldı. Nəhayət Azərbaycan Qarabağ münaqişəsini öz gücünə, birtərəfli qaydada həll etdikdən sonra BMT-nin də üzərindən böyük bir məsuliyyət götürüldü. Yeri gəlmişkən, Şuşada keçirilən bu tədbirin önəmini vurğulayan maraqlı məqamlardan biri də bu beynəlxalq tədbirin Ermənistanda kütləvi isterikaya səbəb olması idi. Dövlət başçısının qeyd etdiyi kimi, postmüharibə dövründə Azərbaycanın Avropa İttifaqı ilə təmasları daha intensiv xarakter almışdır. Aİ birmənalı olaraq postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq qəbul olunmuş yekun sənəddə “Dağlıq Qarabağ” adı və “münaqişə” sözü yoxdur. Çünki Azərbaycan birmənalı olaraq bəyan edib ki, münaqişə artıq həll olunub və Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Bu gün artıq demək olar ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə yaxından məşğuldur və həqiqətən də bu normallaşmada maraqlıdır.Bu normallaşmaya doğruilk addımın atılması üçün Azərbaycan 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və Cənubi Qafqazda davamlı sülhün və stabilliyin bərqərar olması üçün əsas vacib şərtdir.Ümumiyyətlə qeyd etmək lazımdır ki, 2021-ci il ölkəmizin həyatında son dərəcə əlamətdar bir il olmuşdur.

Elçin Sadıxov
YAP Masallı rayon təşkilatı
Kolatan ərazi təşkilatının sədr müavini

Şərhlər: 0

Şərh yaz